İnformasiya texnologiyaları üzrə Forum keçiriləcək

14-10-2014 / 18:22

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə oktyabr ayında informasiya texnologiyaları və təhlükəsizliyi standartlarının tətbiqi və təşviqi üzrə Forum keçiriləcək.

Xeberler.az saytının məlumatına görə, forumun əsas məqsədi ölkədə bu sahədə olan İSO beynəlxalq standartlarının tətbiqi, mövcud sahələrə inteqrasiya imkanlarını müəyyən etməkdir. Belə ki, İSO 27000 “İnformasiya təhlükəsizliyi”, İSO 20000 “İnformasiya texnologiyaları idarəetmə sistemləri”, İSO 22301 “Proseslərin davamlılığı” adlı standartların tətbiqi əsas hədəflərdir.

Forumda Azərbaycanın, Rusiyanın aparıcı telekommunikasiya şirkətlərinin və Britaniya Standartlar İnstitutunun nümayəndələrinin məruzələri nəzərdə tutulur. 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə