Maliyyə texnologiyaları bazarının həcmi artıb

03-11-2014 / 10:07

2014-cü ilin ilk doqquz ayında dünyada maliyyə texnologiyaları bazarının həcmi 4,2 milyard dollar təşkil edib.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə Life.SREDA vençur fondunun araşdırmasında deyilir.

Maliyyə texnologiyalarına investisiyalar ildə iki dəfə artır. 2012-ci il ərzində sərmayə qoyuluşları 1,6 milyard, 2013-cü ildə 2,2 milyard dollara bərabər olub. Fondun proqnozlarına görə, cari ildə bu göstərici 5 milyard dollara, 2018-ci ilədək 8 milyard dollara çatacaq.

Analitiklər yanvar üzrə The Wall Street Journal və Dow Jones VentureSource nəşrlərinin tərtib etfiyi qiymətləndirməsi 1 milyard dolları ötən 37 startap siyahısında LendingClub, Square və Stripe kimi üç maliyyə texnoloji startapının yaranmasını qeyd edirlər. 2014-cü ilin yekunları üzrə onlara KreditKarma layihəsinin (kredit tarixçəsinin idarə edilməsi) əlavə olunacağı bildirilir. “CrunchBase” resursunun 2014-cü ilin avqustuna olan məlumatına görə, maliyyə texnoloji startapları digər şirkətlərlə müqayisədə daha çox investisiya cəlb ediblər. Apple (Apple Pay ilə), Facebook, Google və Amazon kimi iri şirkətlər bu bazarda layihələrə malikdir.

2014-cü ilin ilk üç rübündə bazarın iri investisiya seqmenti onlayn kreditləşmə (1,46 milyard dollar məbləğində investisiyalar), mikromaliyyələşmə (568 milyon dollar), P2P kreditləşmə (484 milyon dollar) və s. olub. Life.SREDA vençur fondu maliyyə mobil və internet startaplarına investisiya qoyuluşlarında ixtisaslaşıb. 2012-cü ilin oktyabrında kapitallaşma dəyəri 100 milyon dollar təşkil edən Life.SREDA II fondunun açılması elan edilib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə