Facebook-da dislike düyməsi olmayacaq

12-12-2014 / 11:22

Facebook şirkətinin yaradıcısı və icraçı direktoru Mark Suxerberq sosial şəbəkənin ünsiyyət alətləri arasında “dislike” düyməsinin yaradılmasına qarşı çıxıb. O, bu haqda şirkətin Menlo-Park şəhərində yerləşən qərargahında mətbuat üçün açıqlama verib.

“Bir çoxları “dislike” düyməsinin yaradılmasını zəruri hesab etsə də biz bu haqda düşündük və qərara gəldik ki, belə düymə yaradılmayacaq. Mən düşünmürəm ki, “dislike” düyməsi hansısa əhəmiyyət kəsb edir və ya sosial şəbəkə cəmiyyətinə fayda gətirəcək. Siz istənilən postun altında şərh yaza bilərsiniz" –deyə Suxerberq fikrini əsaslandırıb.

Facebook dünyanın 190,3 milyard kapitallaşmaya malik ən böyük sosial şəbəkəsidir. Aylıq auditoriyası 1,19 milyard istifadəçi təşkil edir. 2013-cü ilin nəticəsinə görə, sosial şəbəkənin mədaxili 7,87, xalis mənfəəti isə 1,5 milyard dollar olub.

Mənbə: ictnews


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə