Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008 / 17:33

   Azərbaycan Prezidenti İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əlavə edilməsi barədə fərman imzalayıb.
   Əlavələr tətbiq olunandan sonra, biometrik texnologiyalar üzrə xidmətlərin yaradılması və göstərilməsi üçün lisenziya Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən veriləcək.
   Lisenziyanın əldə edilməsi üçün dövlət rüsumunun məbləği 2200 manat müəyyən edilib.
Nazirlər Kabinetinə isə iki ay müddətində fərmandan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.
                                                                                       mincom.gov.az

 

 

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə