WhatsApp-dan yenilik

25-06-2015 / 12:24

2014-cü ildə Facebook tərəfindən satın alınan məşhur mesajlaşma proqramı olan WhatsApp-a daha bir yenilik gəlir.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, iPhone və Android cihazlar üçün istifadəyə təqdim edilən səsli zəng etmə xüsusiyyəti artıq Nokia markalı telefonlarda istifadə edilən Windows Phone əməliyyat sisteminə də inteqrasiya edilib.

Yeni funksiyanı Windows Phone cihazınızda istifadə edə bilmək üçün əməliyyat sisteminizi 2.12.60 distributiviylə yeniləməyiniz kafi olacaq. Bu prosesdən sonra mobil proqram avtomatik olaraq yeni versiyaya sahib olacaq.

Yeni funksiyanı ilk olaraq Android telefonlarda istifadəyə təqdim edən şirkət Skype və Viber kimi tətbiqləri bu mövzuda geridə buraxmağı hədəfləyir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə