Azərbaycanlı gənclər Türkiyədə startap təlimlərində-Foto

17-07-2017 / 13:02

Business Talk şirkətinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı gənclərin Türkiyəyə işgüzar səfəri (Business Camp) baş tutub.

Belə ki,müxtəlif universitet və sektordan olan gənclər İstanbulda yeni texnologiyalar, sahibkarlıq, startap və liderlik, işə qəbul üçün müraciət zamanı diqqət edilməsi vacib olan məqamlarla bağlı təlimlərdə iştirak edib.

Xeberler.az-ın məlumatına görə, 6 günlük səfər çərçivəsində iştirakçılar Türkiyənin qeyd edilən sahə üzrə tanınmış şəxsləri ilə görüşüb, onların təlimlərində iştirak edib. Həmçinin, bu çərçivədə universitetlərin kampuslarını gəzərək ətraflı məlumat əldə ediblər.

Həftənin ilk günündən başlayan səfər çərçivəsində gənclər İstanbulda Aydın Universiteti, Yeditepe, MEF, Özyeğin, Üsküdar Universitetində təlim keçib.

Universitetlər də öz növbəsində gənclərə təhsil imkanları, şərtlər, imkanlar, müraciət qaydaları ilə bağlı məlumat verərək, onların suallarını cavablandırıb.

MEF Universitetinin rektoru Muhammed Şahin gənclərlə görüşərək, onları maraqlandıran mövzular ilə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki,səfər çərçivəsində Türkiyənin kariyer planlama və sahibkarlıq üzrə ən yaxşı spikerlərindən olan Prof.Dr Erhan Erkut, öz şirkətini Amerikada 7 milyon dollara satıb Türkiyəyə dönərək Özyeğin Üniversitetində Girişim Fabrikasını quran İhsan Elgin öz təcrübələrini iştirakçılarla paylaşıb. (Saytımızda bunlar barədə ətraflı məlumat yayımlanacaq).

Erhan Erkut iştirakçıların hər birinə imzalı kitabını hədiyyə edib.

Türkiyədə psixologiya və Nöro Marketinq üzrə əsaslı infrastruktura sahib Üsküdar Universiteti gənclərin dəqqətini daha çox cəlb edib.

Qeyd edək ki, Üsküdar Universitetinin qurucusu və rektoru məşhur psixoloq Prof.Dr.Nevzat Tarhan azərbaycanlı gəncləri ayrıca qəbul edərək, hər biri ilə tək- tək salamlaşıb.

Rektor bir neçə dəfə ölkəmizdə olduğunu deyərək Azərbaycanı çox bəyəndiyini qeyd edib. Universitet rəhbəri gənclərə öz imzalı kitabını da təqdim edib.

Gənclər Üsküdar Universitetini də ziyarət edərək türkiyəli Nöro Marketinq sahəsində tanınımış iş adamı Sinan Canan ilə görüşüb.

Professor yeni trend olsa da, sürətlə populyarlaşan Nöro marketinqlə bağlı gənclərə həm dünyada, həm də elə universitetdə aparılan araşdırmalar barədə məlumat verərək, onların suallarını cavablandırıb.

Sonda hər bir iştirakçıya təlimlərdə iştirak etdiyi üçün universitetlərin beynəlxalq sertifikatı təqdim edilib.

Onu da əlavə edək ki, Business Camp çərçivəsində azərbaycanlı gənclər peşəkar bələdçilər ilə İstanbulun ən görməli, turistlərin maraq dairəsində olan məkanları ilə də tanış olub.

Business Talk şirkəti 2014-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda dünya üzrə 50-dən çox partnyora sahibdir. Business Talk bu günə qədər 3 belə kamp həyata keçirib. 

 

 

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.