Avqustun 10-12-də 2015-ci il Rusiyanın Tatarıstan Respublikasının Elabuqa şəhərində VI Beynəlxalq müəllimlər Festivalı keçirilib. Rusiya Elm və Təhsil Nazirliyinin Kazan Federal Universitetinin Elabuqa İnstitutunun rəhbərliyi tərəfindən beynəlxalq festivala Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrət də iştirak edib.
Xeberler.az-ın məlumatına görə, Festivalda moderator qismində iştirak edən Almaz Həsrət Azərbaycan təhsil sistemində son illər ərzində görülən işlər və layihələr barədə, şəxsi təcrübəsi zəminində əldə etdiyi uğur və nailiyyətlərini də bölüşüb.
Beynəlxalq müəllimlər Festivalının əsas məqsədi dünya təhsil sisteminin mükəmməl olması və onun inkişafının təkmilləşdirilməsi yollarının axtarılıb tapılmasıdır. Ümumiyyətlə , bu prosesi həyata keçirən dünya müəllimlərinin birgə əməkdaşlığı, yaxından bir-biri ilə tanışlığı; onların dərs nümunələrinin istifadə səmərəliliyi və həyata keçiriliməsi, nəticələri, nəinki təhsildə, digər yaşam sahələrində də inkişafyönümlü və perspektivli fikir mübadilələrinin aparılmasını nəzərdə tutur.
Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin festivalda ayrıca master klası xüsusi diqqət çəkib. Master klas iki ayrı ayditoriyada təşkil edilib və böyük marağa səbəb olub. Festivalın proqramında yer alan master klassın mövsusu “Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində” olub.
Almaz Həsrət keçdiyi master klassın əsas mövzusuna uyğun olaraq Azərbaycanın təhsil məkanında informasiya mədəniyyəti, informasiya savadlılığı, informasiya cəmiyyəti və s. barədə aparılan son uğurlu işlər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil sferasında sırf təhsillə bağlı olan informasiyaların daha da anlaşıqlı və asan əldə olunması üçün gördüyü işlərdən və respublikamızda bu sahədə yaradılan son yeni təhsil saytları barədə də geniş məlumatlar vermib. Almaz Həsrət son illlərdə İKT sahəsi üzrə də aparılan yeni uğurlu nailiyyətlərdən də geniş söhbət açıb.
BBM-nın riyaziyyat və informatika müəllimi Günay Hüseynzadəyə Azərbaycan məktəblərində dərslərin keçirilməsi ilə bağlı olan kiçik dərs nümunəsinin göstərilməsi üçün 10 dəqiqəlik çıxış edib.
Festivalda məharətilə, yaradıcılığı, yeniliyi, müasirliyi və bacarığı ilə seçilən, ən əsası da iştirakçıların rəylərinin nəticələrini nəzərə alaraq ən yaxşı master klass kimi qiymətləndirilən Azərbaycanlı təhsil işçisinin işi Diploma layiq görüldü. Bu münasibətlə də ARTPİ-nin direktoruna təşəkkür məktubu da ünvanlanıb.
Qeyd edək ki, VI Beynəlxalq müəllimlər Festivalına Azərbaycandan ilk nümayəndə olaraq qatılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri