Cari il, 11-13 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu "CATEF 2013" keçiriləcək.
Kompüterin nə qədər ömrü var? Gündəlik həyatımızda lazımi vasitəyə çevrilən kompüter ofis, ev, məktəb, ticarət, səyahət və digər yerlərdə çox önəmli bir rol oynayır. Son zamanlar inkişaf etməyə başlayan kompüter sektoru müəssisələrdən müstəqil istehsala keçməsi ilə demək olar ki, hər evə daxil olub. Hətta bu gün bir çox evlərdə 2, bəzən də 3 kompüterə rast gəlmək mümkündür. Müasir dövrdə hər bir insanın kompüterə ehtiyacı var. Lakin digər texnika kimi, kompüter alarkən də ona diqqətlə yanaşmaq lazımdır.
Moskvanın «Vnukovo» hava limanında sərnişinlər reysə qeydiyyatdan keçəndən sonra yeni xidmətdən yararlanaraq təyyarəyə minik başlayanadək planşet kompüterlərdən istifadə edə biləcəklər.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətinin rahatlaşdırılması məqsədilə mobil qurğular üçün proqram təminatını istifadəyə verib.
Polytron Technologies şirkəti şəffaf smartfonlar hazırlayır. publika.az xəbər verir ki, bu telefonlarda xüsusi “qoşulmuş şüşə” adlanan texnologiyadan istifadə ediləcək. Yeni smartfonlar tamamilə şəffaf olmayacaq.
Samsung şirkəti fevralın 24-də 8 düymlü Galaxy Note 8.0 planşet kompüterini rəsmən təqdim edib. Planşet fevralın 25-də Barselonada keçiriləcək Mobile World Congress sərgisində nümayiş olunacaq.
Bu gün Kanada asteroidlərin izlənməsi üçün dünyanın ilk orbital teleskopunu fəzaya buraxacaq. Yerətrafı obyektlərin izlənməsi üçün peyki (NEOSSat) geostasionar orbitə Benqal körfəzində eyniadlı adada yerləşən Şrixarikota kosmodromundan Hindistana məxsus raketdaşıyıcısı çıxarmalıdır.
Bu gün Bakı vaxtı ilə saat 1:35 radələrində Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.
Wi-Fi sistemi Azərbaycan Texniki Universitetinin üç məntəqəsində - tələbələrin kitabxanasında, müəllimlərin kitabxanasında və tələbə yeməkxanasında quraşdırılıb. 8 MB/s sürətli internetdən hər məntəqəyə eyni vaxtda orta hesabla 200 istifadəçi qoşula bilər.
Eurovision 2012 müsabiqəsinin yayımı üçün HD formatında alternativ əlaqənin fiber-optik infrastrukturunun yaradılması üzrə işlər artıq başa çatıb.
Radio-televiziya yayımı sahəsində daha bir yeni texnologiya olan rəqəmli radio (HD radio) yayımı tətbiq edilib.
2012-ci ildə 118,9 milyon planşet kompyuter satılacaq. Əgər proqnoz düz olsa, bu göstərici 2011-ci ildə satılmış planşetlərin (60 milyon) sayını 98% ötəcək. Mütəxəssislər 2016-cı ildə isə 369 milyon planşet satılacağını proqnozlaşdırıblar.
Britaniyanın “Barclays Capital” investisiya bankında çalışan mütəxəssislərin proqnozuna görə, 2012-ci ilin ikinci rübündə noutbuk tədarükləri 8 faiz artacaq.
“Apple” şirkətinin mobil qurğuları üçün komponentlər istehsal edən “Foxconn” zavodunun əməkdaşları bildiriblər ki, yeni nəsil “iPhone” smartfonları 2012-ci ilin yayında təqdim ediləcək.
ABŞ-da uçan avtomobillərin sınağı uğurla başa çatdı. Bu ilin sonundan etibarən həmin avtomobillərin istehsalı artacaq.
Artıq bir neçə gündür ki, Yaponiyanın Yokohama şəhərində foto avadanlıqlar və bu tipli digər məhsulların sərgisi keçirilir.
ABŞ-ın Utah ştatında bütün dünyanı dinləyə biləcək nəhəng dinləmə və kəşfiyyat mərkəzi yaradılır.
İsveçrənin saat istehsalçısı TAG Heuer şirkəti Android əməliyyat sisteminin bazasında çalışan Racer smartfonunu təqdim edib. Smartfona “yüksəksürətli prosessor” və “Android əməliyyat sisteminin ən yeni versiyası” quraşdırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları