Previous Next
Bağla

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022 16:25
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”-nin qeydiyyatına start verilib. Bu sahədə bacarığını nümayiş etdirmək istəyən, kreativ həllərin yaradılmasına, komanda işinə, dinamik və davamlı öyrənməyə üstünlük verən iştirakçılar müsabiqəyə dəvət olunurlar.

Müsabiqə 22-23 yanvar 2022-ci il tarixlərində keçiriləcək. “Hackathon”-da komanda şəklində iştirak zəruridir. Komandaların tərkibi, yarışmaçılara dair texniki tələblərlə tanış olmaq və qeydiyyatdan keçmək üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz: https://bit.ly/3tihQ6G Seçim mərhələsinə qeydiyyat üçün müraciətlərin son qəbul tarixi yanvarın 18-dir. Yarışmanın

ilkin mərhələsinə tələblərə cavab verən komandalar keçəcək. Növbəti mərhələdə isə komandalar 36 saat davam edən yarışa qatılacaqlar. Tədbir boyu iştirakçılara Azercell-in peşəkar, çevik və yenilikçi ruhlu İT və İşə Qəbul komandaları dəstək olacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunacaq. Tapşırıqlar komandalara yarışmadan öncə elan olunacaq.

"Azercell Hackathon 2022" yarışmasında ən yüksək nəticə göstərən komandanı 3000 AZN, 2-ci yerin qalibini 1500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə dəyərli hədiyyələr gözləyir.

“Hackathon”- proqramçıların komanda şəklində birləşərək 24-72 saat davam edən müddətdə onlara verilmiş texniki tapşırığa uyğun müəyyən texnoloji həllin təqdim etdikləri tədbirlər silsiləsidir. “Hackathon”-dünyanın nəhəng İT şirkətləri - “Google”, “Netflix”, “Facebook”, “HPE” və “Microsoft” kimi korporasiyalar tərəfindən tez-tez təşkil olunur.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq “Azercell Telekom” MMC uzun müddətdir ki, daima informasiya texnologiyaları sahəsinə dair təşəbbüsləri, gənc startapların inkişafına imkan yaradan layihələri dəstəkləyir. Şirkət istedadlı proqramçıların beynəlxalq arenaya çıxmasına, öz bizneslərini qurmasına, müştərilər qazanmasına yardım etməklə yanaşı, həm də ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırılması işinə töhfəsini əsirgəmir. İndiyədək Azercell-in təşəbbüsü və dəstəyi ilə informasiya kommunikasiya texnologiyalarının inkişafına yönələn çoxsaylı tədbirlər təşkil olunub. Bir neçə ildir ki, dövlət səviyyəsində keçirilən “Hackathon” müsabiqəsinin tərəfdaşı kimi çıxış edən Azercell gənc mütəxəssislərin öz ideyalarını inkişaf etdirməsinə kömək edən “Hackathon-AzIn”, “AZCLOUD Hackathon”, “womENcourage” kimi önəmli tədbirlərə də sponsorluq edib, “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” kimi beynəlxalq tədbirin rəqəmsal tərəfdaşı olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

Proqramçılar yarışa çıxır

26-10-2018

Bank Respublika ölkəmizdə açıq bankçılıq üzrə ilk Hackaton-a start verdi

01-07-2022

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019

AzInTelecom Hackathon keçirir

23-10-2018

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

Şamaxıda Hackathon-a start verildi

11-02-2020

Hackathon Azərbaycan Android Erası-nın qaliblərinin təqdimatı

18-02-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə