Previous Next
Bağla

“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

15-09-2020 13:13
“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

Ölkənin lider mobil operatoru Azercell hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.

Xeberler.az bildirir ki, şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur Busuu mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.

Azercell şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. Azercell onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.

Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Azercell Bilik Günü münasibətilə bütün məktəbliləri və tələbələri təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayır! Gənclərin təhsil və inkişafına dəstək - Azercell Telekom—un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış “Virtual Məktəb” portalı üzərindən onlayn tədris keçən 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

"Azercell" müəllimlərə dəstək olub

28-04-2020

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

11-09-2019

Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

16-09-2021

Nazirlik şəhid hərbçilərin övladlarını sevindirdi

27-06-2019

“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi

16-09-2024

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

11-04-2022

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

02-10-2023

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025

Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

25-09-2024

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell İT-də ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik edib

29-09-2025

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020

10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

06-02-2024

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

Azercell-dən Zəfər Gününə özəl təklif

07-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə