Previous Next
Bağla

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017 12:01
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

Maliyyə sektorunun fəaliyyətinə təsir edən kibertəhlükələrlə bağlı araşdırmanın nəticələrinə əsasən, banklar digər maliyyə təşkilatları ilə müqayisədə daha çox DDoS-hücumlara məruz qalır. Belə ki, 2016-cı ildə bu cür insidentlə hər dörd bankdan biri qarşılaşıb (26%). Ümumiyyətlə, maliyyə təşkilatları üçün bu göstərici 22% təşkil edib.

Xeberler.az  Kaspersky Lab-ın araşdırmasına istinadən bildirir ki, DDoS-hücumların banklara vurduğu zərərin miqdarı orta hesabla $1,172 mln., digər müəssisələr üçün isə $952 min təşkil edib.asında yer alıb.

Zərər çəkənlərin 52%-i uzun müddət – bir neçə saatdan bir neçə günədək ictimai serverlərin əlçatmazlığı və iş keyfiyyətinin pisləşməsi ilə qarşılaşıb. 43% hallarda isə DDoS-hücumlar digər zərərli əməliyyatların maskalanması üçün istifadə olunub. Bu cür hücumların başlıca hədəfi bankların saytı olur – onlar qeydə alınmış hadisələrin yarısında hücuma məruz qalıb (49%). Lakin bu, yeganə boşluqlu sahə deyil. Demək olar ki, elə bu qədər də respondent (48%) internet-bankinq və onlayn xidmətlərdən istifadə zamanı DDoS-hücumlarla rastlaşıb.

“Bank sektorunda nüfuz olduqca önəmlidir, bu da birbaşa təhlükəsizliklə bağlıdır. Əgər bankın onlayn xidmətlərində problem varsa, bu müştərilərdə güvənsizlik yaradır. İnternet-bankinqlə əlaqədar kiberinsidentlərdən effektiv müdafiə üçün şirkət hazırlıqlı olmalıdır. Xüsusən də DDoS-hücumları cəld şəkildə tanıyan və qarşısını alan həllərə böyük diqqət yetirilməlidir”, - deyə Kaspersky Lab şirkətinin “Kaspersky DDoS Protection” istiqaməti üzrə rəhbəri Aleksey Kiselyov bildirib.

Kaspersky Lab tərəfindən hazırlanmış “Kaspersky DDoS Prevention” proqramı İnternet resurslarını, demək olar ki, istənilən mürəkkəblik və gücə malik olan DDoS-hücumlarndan effektiv və çoxsəviyyəli müdafiə sistemi ilə təmin edir. “Kaspersky DDoS Prevention”da hazırlanmış müdafiə sisteminin prinsipi ona əsaslanır ki, kanalın yüklənməsi və resursun istifadəsini çətinləşdirən bütün xoşagəlməz trafik paylaşdırılmış filtr mərkəzlərindən keçirilərək elə orada qalır. Beləliklə, qorunan resurs yalnız istifadəçilər tərəfindən qanuni sorğuları qəbul edir və hətta hücum zamanı da çalışa bilir.

Araşdırmanın nəticələri  daha ətraflı burada

*”2016-cı ildə Maliyyə kiberhücumları” araşdırması xüsusi olaraq Kaspersky Lab şirkəti üçün 15 ölkədən 800 maliyyə təşkilatı nümayəndəsi arasında keçirilib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017

DDoS hücumları artıb

25-08-2016

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

09-06-2017

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə