Previous Next
Bağla

Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

09-06-2017 16:33
Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

Kiberhücumların maliyyə təşkilatlarına vurduğu zərər daha çox hiss olunmaqdadır.

Xeberler.az-ın məlumatına görə, Kaspersky Lab şirkətinin apardığı tədqiqatın nəticələrinə əsasən, bir insidentdən dəymiş yekun zərər orta hesabla 926 min ABŞ dolları məbləğində dəyərləndirilib.

Ən zərərverici hücum məhz POS-terminalların payına düşüb: orta hesabkla itki göstəricisi 2,086 mln dollar dəyərində qeyd olunur. Növbəti pillədə isə mobil cihazların “sındırılması” ilə bağlı hücumlar (1,641 mln dollar) və hədəf hücumları (1,305 mln dollar) yer alır.

İtkilərin artması maliyyə təşkilatlarını kibertəhlükəsizliklə bağlı xərcləri artırmağa məcbur edir. Əsas səbəb yenə tənzimləyicilərin tələblərinə riayət etmək məsələsi olduğuna baxmayaraq sorğu iştirakçılarının 63%-i hesab edir ki, bu, yalnız müdafiə sistemlərinin qurulması üçün başlanğıc nöqtədir.

Şirkətlərin bu sahədə xərclərinin artırılmasının digər faktoru da infrastrukturun mürəkkəbləşməsidir. Nəhayət, təhlükəsizliklə bağlı xərclər o zaman arta bilər ki, şirkətlər bu sahədə kifayət qədər biliyə malik olmasın, rəhbərliyin birbaşa tapşırığı olsun və yaxud da biznesin genişlənməsi müşahidə olunsun. Xülasə, əminliklə bildirmək olar ki, informasiya təhlükəsizliyinə ayrılmış xərclərin həcmi gələcəkdə də artacaq: respondentlərin 83%-i bunu tam qətiyyətlə vurğulayır.

“Kiberhücumlardan dəymiş böyük miqdarlı maddi ziyanlara nəzər yetirdikcə maliyyə təşkilatlarının təhlükəsizliklə bağlı büdcələrini artırması məqamı heç də təəccüblü deyil. Biz tamamilə əminik ki, uğurlu müdafiə strategiyası resursların balanslaşdırılmış şəkildə paylaşmasını nəzərdə tutur – maddi vəsaitlər yalnız tənzimləyiciələrin tələblərinin yerinə yetirilməsinə deyil, həmçinin hədəf hücumlarından qorunmağa, əməkdaşların təhlükəsizliklə bağlı maarifləndirilməsinə və müvafiq sənaye sahəsi üçün spesifik olan təhlükələrlə bağlı məlumatlılığın artırılmasına yönləndirilməlidir”, - deyə tədqiqatın nəticələrini şərh edən Kaspersky Fraud Prevention istiqamətinin rəhbəri Aleksandr Yermakoviç bildirib.

Tədqiqatın nəticələri onu göstərir ki, maliyyə təşkilatları kibertəhlükələrin öyrənilməsinə və təhlükəsizlik sistemləri üzərində audit yoxlamalarının aparılmasına diqqət ayırırlar: respondentlərin 73%-i hesab edir ki, bu tədbirlər effektiv deyil.

Lakin Kaspersky Lab şirkətinin mütəxəssisləri kibertəhlükəsizlik strategiyalarının hazırlanması zamanı aşağıdakı məqamları da nəzərə almağı tövsiyə edirlər:

-Hədəf hücümlarından özünüzü qorumağa çalışın. Bu cür hücumlar üçüncü şəxslər və ya sizin podratçılar tərəfindən həyata keçirilə bilərlər. Adətən sözügedən şirkətlər zəif müdafiə olunur, bu da öz növbəsində sizə ziyan vura bilər.

-İnsan faktorunu nəzərə alın. Kiberinsidentlərin 75%-i zamanı sosial mühəndislikdən və yalnız 17%-də ziyanverici proqram təminatının istifadə olunur.

-Unutmayın, yalnız təhlükəsizlik tələblərinin yerinə yetirilməsi hələ də tam müdafiəyə zəmanət vermir. Təhlükəsizliklə bağlı məsələlərə kompleksli yanaşmanı tətbiq etmək vacibdir.

-Sistem boşluqlarınızı mütəmadi olaraq yoxlayın. İnfrastrukturunuzun zəif nöqtələri cinayətkarlardan öncə məhz sizin özünüzə məlum olmalıdır.

-Daxili məlumata çıxışı olan əməkdaşların təhlükə faktorunu nəzərə alın.

-Cinayətkarlar müdafiə sistemlərindən yan keçərək şirkətinizin işçilərindən maddi ödəniş müqabilində məlumat əldə edə bilərlər. Bunun qarşısını almaq üçün İnformasiya Təhlükəsizliyi qaydalarını tətbiq etmək, məlumata çıxışın müvafiq şəkildə məhdudlaşdırmaq və şirkətdaxili qeyri-adi fəaliyyətin aşkarlanmasına yönlənmiş yardımçı vasitələri işə salmaq gərəkdir.

Kibertəhlükəsizliklə bağlı insidentlər səbəbindən maliyyə təşkilatlarına dəymiş zərər və onlara qarşı effektiv mübarizə üsulları barədə daha ətraflı məlumatı Kaspersky Lab-ın hesabatından əldə edə bilərsiniz.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

03-11-2025

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kiberhücumlarla mübarizəyə 15 milyon dollar xərclənir

08-10-2015

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə