Previous Next
Bağla

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

13-09-2024 12:46
“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Almaniyanın nüfuzlu universitetlərindən olan “Constructor University”nin birgə təşəbbüsü ilə keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi baş tutub.

Xeberler.az bildirir ki, tədbirdə İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva, “Rəqəmsal Akademiya” proqramının direktoru Aleksey Qusev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinin dekan müavini Vüqar Musayev və “Constructor University”nin Beynəlxalq tərəfdaşlıq üzrə direktoru Hande Baltacı çıxış ediblər.

““Constructor University” ilə əməkdaşlıq sayəsində Avropanın ən yaxşı təcrübələrini ölkəmizə gətirmək fürsətini qazandıq. “Constructor University” Almaniyanın İKT sahəsində peşəkar özəl universitetidir və bakalavr, magistr və doktorantura dərəcələri üzrə təhsil verir. Universitetdə 120-dən çox ölkədən olan tələbələr təhsil alır, onların 92 faizi əcnəbidir. Həmçinin universitetin müəllim heyətinin 33 faizi beynəlxalq təcrübəyə malikdir. “Constructor University” Avropanın ən çox beynəlxalq tələbəsi olan universitetlərindən biridir”, - deyə İ.Vəliyeva əlavə edib.

Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Vüqar Musayev və Hande Baltacının iştirakı ilə “Azərbaycan iqtisadiyyatı üçün rəqəmsal bacarıqlar: Məktəb yaşından istedadlıları necə yetişdirmək olar?” adlı panel sessiyası keçirilib.

Qeyd edək ki, düşərgə iki istiqamətdə təşkil olunub: Beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science Skills” və qızlar arasında İKT-ni təşviq etmək üçün “Girls in IT”.

“Advanced Computer Science Skills” istiqaməti üzrə 57 nəfər, “Girls in IT” istiqaməti üzrə isə 45 nəfər iştirak haqqı qazanıb. İştirakçıların yaş aralığı 14-24 arasında dəyişir. Düşərgənin iştirakçılarının 65 faizi şagirdlərdən, 35 faizi isə tələbələrdən ibarətdir. Respublika Fənn Olimpiadasının medalçıları, beynəlxalq olimpiadalarda iştirak edənlər və prestijli universitetlərə qəbul olan gənclər də bu proqramın iştirakçılarıdır. Bakı ilə yanaşı, regionlardan da gənclər düşərgəyə qoşulublar. Düşərgə 4 ay davam edən (avqust-noyabr) və 3 mərhələdən ibarət geniş proqramdan ibarətdir. Belə ki, düşərgə çərçivəsində öncə 3 həftəlik onlayn proqram və daha sonra 2 həftəlik offlayn dərslər təşkil edilib. Növbəti mərhələdə isə daha dərin və təkmilləşdirilmiş proqramla sentyabr-noyabr aylarını əhatə edəcək onlayn dərslər baş tutacaq.

Düşərgənin məqsədi alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak edən gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına hazırlıq keçmək və proqramlaşdırma sahəsində gələcək karyeralarına doğru vacib addımlar atmaq şansı əldə ediblər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Digital Azerbaijan Talent School” təlim düşərgəsinin oflayn dərslərinə start verilib

03-09-2024

"Holberton School Azerbaijan"ın yeni təlim proqramları başlayıb

25-11-2025

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

Azercell Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

02-02-2026

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

Google əməkdaşı məktəblilərimizə master klass keçdi

11-02-2025

İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

12-12-2024

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları davam etdiririk

13-12-2024

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

Apple yeni təhsil layihəsinə başlayıb

06-10-2017

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026

Yüksək Texnologiyalar Parkında 10 həftəlik təlim

23-01-2015

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

08-11-2024

“WorldSkills Azerbaijan” milli komandası Koreya Respublikasında keçirilən təlimləri uğurla bitirib

19-12-2023

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025

“Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi keçirilib

24-10-2024

“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

09-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə