Previous Next
Bağla

“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

23-11-2024 16:14
“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzi (İSARC) və Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib.

Xeberler.az məlumat verir ki, hibrid formada keçirilən konfransın plenar iclasında MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov açılış nitqi ilə çıxış edərək, kitabxananın yaranma tarixi, fondları, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Direktor plenar iclasın canlı keçirildiyi Qarabağ müharibəsi Qəhrəmanları fondunda I və II Qarabağ müharibələri, Aprel və Tovuz döyüşlərinin, antiterror əməliyyatlarının iştirakçıları, qazi və şəhidləri haqqında məlumatların toplandığı, eləcə də 44 günlük Vətən müharibəsi, Qarabağın tarixi-etnoqrafik, mədəni-ədəbi həyatı haqqında yazılan çoxsaylı dəyərli kitabların qorunduğunu iştirakçıların nəzərinə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru, dr. Əlvan Cəfərov və konfransın qrup rəhbəri Yasəmən Ağaoğlu azərbaycanlı yazarların kitablarının QR kodlarının yerləşdirildiyi elektron plakatı MEK oxucularının istifadəsi məqsədilə kitabxanaya hədiyyə edib, yaradılan şəraitə görə təşəkkür bildiriblər.

Qeyd edək ki, konfransa dünyanın 23-dən artıq ölkəsinin 300-dən artıq elm adamı qatılıb. Təkcə Türkiyə Respublikasından 126 elm adamının konfransda iştirakı təmin olunub.

Kofrans öz işini bölmə iclasları ilə davam etdirib. Burada müxtəlif elm sahələri üzrə 247-dən artıq məqalə və təqdimatlar dinlənilib. 

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025

Elmi innovasiyalar üzrə konfrans keçirilib

07-05-2018

Mərkəzi Elmi Kitabxanaya 1600-dən çox elektron nəşr hədiyyə edilib

15-12-2022

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

31-08-2022

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

05-12-2023

BMU-da elmi -praktiki konfrans keçirilir

02-10-2018

Professor Rusiya elmi qurumları ilə əməkdaşlığa həsr olunmuş iclasda iştirak edib

02-06-2022

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

"Süni intellekt və humanitar elmlər" mövzusunda elmi konfans keçirilib

21-11-2025

NRYTN-in dəstəyi ilə “COIA-2020” beynəlxalq konfransı keçirilir

26-08-2020

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

"Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat" mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfransı keçirilib

21-12-2023

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026

Botanika İnstitutunun əməkdaşı beynəlxalq konqressdə iştirak edib

01-06-2022

Növbəti beynəlxalq konfrans 38 ildən sonra yenidən Bakıda keçirilir

14-09-2018

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

05-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə