Previous Next
Bağla

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025 20:18
“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında da keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub. Layihə çərçivəsində finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər. 

Xeberler.az bildirir ki, “Grand Final” tədbirində dövlət qurumları və özəl təşkilatların nümayəndələri, innovasiya ekspertləri, eləcə də startap təsisçiləri iştirak ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqində Azərbaycanda son bir neçə ildə rəqəmsal infrastruktur quruculuğu sahəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin innovasiyalar üçün güclü zəmin yaratdığını bildirib. O, həmçinin “İnnostart”la yanaşı “ecomX”, “4ü1arada” kimi təşəbbüslərin də regionlarda innovativ inkişafa təkan verdiyini vurğulayıb.

İRİA-nın sədri Fərid Osmanov öz çıxışında startapların ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə diqqət çəkib və “İnnostart” çərçivəsində əldə edilən uğurlar haqqında danışıb. O bildirib ki, 2024-25-ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və rayonda innovasiya yönümlü fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində bu il 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak edib. 

Layihə çərçivəsində təlimçi və mentor hazırlığı proqramı da həyata keçirilib. Belə ki, bu proqramda 18 yeni mentor yetişdirilib. Bundan əlavə, mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və  özəl təşkilatlar, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə təhsili mərkəzləri ilə əməkdaşlıqlar qurulmuş və regional nümayəndəliklər formalaşdırılıb.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “SUP VC” şirkətinin icraçı direktoru Rəşad Eyvazov çıxış ediblər.

Tədbirin davamında layihə haqqında ümumi və statistik məlumatları əks etdirən videoçarx və təqdimat nümayiş etdirilib, eləcə də startapların təqdimatları, mentor hazırılığı proqramının məzunları sertifikatla təltif edilib. Yekunda “İnnostart” layihəsinin qalibləri elan edilib. 

Qeyd edək ki, “İnnostart” Azərbaycanın regionlarında startap ekosistemini gücləndirmək məqsədilə həyata keçirilən layihədir. Layihənin məqsədi, bölgələrdəki tələbələrə, gənclərə və bu sahəyə maraq göstərən hər kəsə innovativ ideyalarını inkişaf etdirmək, startap ekosistemi haqqında məlumat vermək, onları uğurlu startaplara çevirməyə dəstək olmaq və yerli icmaların formalaşmasını təşviq etməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025

Yeni startap layihələri təqdim olunub

20-02-2024

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

Bu günədək 2,2 milyon manatlıq qrant layihələri maliyyələşdirilib

20-08-2025

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20-08-2025

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24-07-2025

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024

Startap layihələrimizə dad, duz qatacaq Sup - Fotolar

04-12-2015

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub

23-12-2024

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilib

30-09-2024

NewSpace Proqramının Final mərhələsi baş tutub

14-06-2019

EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

13-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə