Previous Next
Bağla

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020 18:04
“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

“InnoWeek – İnnovasiya həftəsi 2020”yə “I2B – İdeyadan Biznesə” layihəsinə dair tədbirlə start verildi.

Xeberler.az bildirir ki, onlayn tədbirdə 2018-ci ildən həyata keçirilən layihə barədə ətraflı məlumat verilib. Ötən müddətdə ölkəmizdə startap ekosisteminin formalaşdırılması istiqamətində əldə olunmuş uğurlar barədə danışılıb. Bildirilib ki, bu unikal platformanı təşkil etməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bölgələri də əhatə etməklə ölkədə startap hərəkatının genişlənməsinə və gənclərin öz ideyalarını asanlıqla təqdim etməsinə imkan yaradıb.

Həmçinin qeyd olunub ki, “COVID-19” pandemiyası səbəbindən 2020-ci ildə “I2B
– İdeyadan Biznesə” layihəsinin keçirilməsi təxirə salındığından regiondakı gənclərlə əlaqə qurmağa, davamlılıq və layihəyə maraq göstərən daha geniş auditoriyanın toplanmasına şərait yaratmaq məqsədilə “I2B – İdeyadan Biznesə” mobil tətbiqi hazırlanıb. Bu mobil tətbiq iştirakçıların kommunikasiya rahatlığı, komandaların iş prosesi, mentorlarla əlaqə və başqa bir çox funksionallığı özündə birləşdirməklə layihənin onlayn formada davam etdirilməsinə imkan verir.

Tədbirdə “I2B – İdeyadan Biznesə” İctimai Birliyinin təsis olunduğu diqqətə çatdırılıb. Bununla da layihənin regionlar üzrə “İ2B Səfirlər” proqramının başlayacağı qeyd olunub.

Qeyd edək ki, növbəti ildən layihənin gənclər üçün faydalı olacaq “YouTube” kanalı istifadəyə veriləcək.

Tədbirin gedişində bu layihənin iştirakçıları olmuş bəzi komandaların üzvləri də fikirlərini bölüşüblər. Layihə məzunları “I2B – İdeyadan Biznesə” startap hərəkatında iştirakın onlar üçün çox səmərəli olduğunu, geniş perspektivlər açdığını söyləyiblər.

Məlumat üçün bildirək ki, 15 dekabr tarixində saat 18:00-da tədbirin ikinci hissəsi
baş tutacaq.

Xatırladaq ki, “I2B – İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC və “Microsoft” şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Növbəti İdeyadan Biznesə düşərgəsi Şəkidə keçiriləcək

29-08-2018

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

09-12-2020

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020

Azərbaycanın startap komandası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

22-10-2020

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə