Previous Next
Bağla

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021 10:27
“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

Kaspersky onlayn təlim portfelini genişləndirir və GReAT (qlobal təhlükə tədqiqatı və təhlili mərkəzi) tədqiqatçıları olan kiber təhlükəsizlik mütəxəssisləri Denis Legezo və İvan Kvyatkovski tərəfindən aparılan əks-mühəndislik kursuna başlayır. Onlayn kurs zərərli proqram təhlili barədə baza biliklərinə sahib olanlar üçün nəzərdə tutulub. Proqram özünü maarifləndirmə nəzərdə tutur, fərdi İT mütəxəssislərinə və bütöv komandalara əks-mühəndisliyin tətbiqi bacarıqlarına yiyələnməyə imkan verir.

Kaspersky tərəfindən aparılan bir sorğuya görə, informasiya təhlükəsizliyi üçün büdcəsini artırmağı planlaşdıran iri müəssisə nümayəndələrinin 41%-i bu sahədəki mütəxəssislərin ixtisaslarının artırılması ehtiyacından anoloji addımı atmağa qərar verirlər. Onlayn kurs proqramına addım-addım izah ehtiva edən 50-dən çox video təlimat daxildir. Burada GReAT mütəxəssisləri tərəfindən araşdırılan, APT qrupları MontysThree, LuckyMouse və Lazarus-un iştirakı ilə baş vermiş son 10 kiber hadisə ətraflı təhlil edilir. Kurs həmçinin iştirakçıların çoxsaylı alətlərdən - IDA Pro, Hex-Rays Decompiler, Hiew, 010Editor və digər proqramlardan istifadə edərək mürəkkəb hədəf hücumlarını hərtərəfli təhlil edə biləcəyi virtual laboratoriya şəraitində 100 saatlıq təcrübəni də əhatə edir.

Təlim bitdikdən sonra mütəxəssislər müxtəlif proqramlaşdırma dillərində və ya ssenari dillərində yazılmış nümunələri analiz etməyə qadir olacaqlar. Onlar həmçinin zərərli proqramlar üzrə qarışıq və ya şifrələnmiş məzmunu işləyə və yığım prosesləri barədə dərin məlumat əldə edə biləcəklər.

Onlayn kursun materialları altı ay ərzində mövcud olacaq, beləliklə də, onları rahat bir tempdə öyrənmək mümkün olacaq. Proqram həm fərdi, həm də korporativ təlim formatında keçirilməyə köklənib. Kurs informasiya təhlükəsizliyi mütəxəssisləri, zərərli proqram təminatı və şəbəkə təhlükəsizliyi analitikləri, həmçinin monitorinq və cavab mərkəzləri (SOC) əməkdaşları üçün faydalı olacaqdır.

“Xüsusi bir onlayn laboratoriyada həqiqi APT nümunələri üzərində işləmək və GReAT mütəxəssislərinin təcrübəsi iştirakçılara ixtisaslarını artırmağa və əks-mühəndislik sahəsində bilik əldə etməyə kömək edəcəkdir. Bundan əlavə, daimi təcrübə mütəxəssislərə real kiber insidentlərlə işləmək bacarıqlarını daha inamlı və effektiv şəkildə tətbiq etməyə imkan verəcəkdir. Kurs informasiya təhlükəsizliyi mütəxəssislərinə hədəf hücumları haqqında ən son məlumatları əldə etməyə və geniş praktiki bacarıqlara yiyələnməyə kömək edəcəkdir” deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin (GReAT) rəhbəri Maria Namestnikova bildirib.

Kaspersky tədris kursları haqqında ən son məlumatları buradan əldə edə bilərsiniz:https://xtraining.kaspersky.com/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

"Kiber Təhlükəsizlikdə Riyaziyyat" adlı pulsuz onlayn kurs keçiriləcək

11-09-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Google ödənişsiz onlayn İT kurslara başlayır

18-01-2018

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə