Previous Next
Bağla

“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

07-09-2023 09:52
“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirərək bölgədəki ehtiyat hissələri anbarları şəbəkəsinin açıldığını elan edib.

İT infrastruktur avadanlığı və rəqəmsal transformasiya həllərinin sürətlə genişlənən təchizatçısı - “Lenovo”, Mərkəzi Asiyada ehtiyat hissələri anbarlarının açılışından xəbər verir. Bu, “Lenovo”nun bazardakı mövqeyini və region ölkələrində müştəri xidməti keyfiyyətini yüksəltməyə imkan verəcək.

“Ehtiyat hissələri anbarlarımızın açılması Mərkəzi Asiya bazarında mövqeyimizi gücləndirəcək. Bundan əlavə, bu, müştərilərimizə xidmət keyfiyyətini artırmaqla yanaşı, regionda mövcud olan peşəkar xidmətlər portfelini genişləndirməyə və zəmanətli avadanlıqların servisini təklif etmək imkanı verəcək. Məqsədimiz regionda və dünyada İKT infrastrukturu sahəsində inteqrasiya olunmuş həllərin ən böyük etibarlı təchizatçısı olmaqdır”, - deyə “Lenovo İnfrastructure Solutions Group”un (ISG) Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Andrey Kutukov bildirib.

Üç anbarda - Özbəkistan (Daşkənd), Azərbaycan (Bakı) və Qazaxıstanda (Almatı), “Lenovo”, bu ölkələrdən olan müştərilərinə servis və zəmanət xidmətləri ilə bağlı müqavilə öhdəliklərini təmin etmək üçün ehtiyat hissələri, habelə mövcud və gələcək tədarüklər üçün quraşdırma, məlumat bazalarının, saxlama sistemlərinin və iş stansiyalarının təmiri və yenilənməsi üçün komponentləri saxlamağı planlaşdırır. Yerli anbarların olması lazımi malların birbaşa anbardan müştəriyə göndərilməsi üstünlüyünə malikdir. Üstəlik, anbarların belə şəkildə təşkili hətta kiçik yaşayış məntəqələrini lazımi ehtiyat hissələri ilə təmin etməyə və bölgənin digər ölkələrini təchiz etmək üçün paylama mərkəzlərinə çevrilməyə imkan verəcək.

“Mərkəzi Asiyada yeni ehtiyat hissələri anbarlarının açılması “Lenovo”nun regionda şirkətin mövqeyini möhkəmləndirmək strategiyasının bir hissəsidir. Bu, müştərilərə lazımi İT infrastruktur qovşaqlarının çatdırılması və təmin edilməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək və sadələşdirəcək. Avadanlığın bütün həyat dövrü ərzində tədarük zəncirinin səmərəliliyinin və etibarlılığının vacibliyini başa düşərək biz, öz anbar bazamızın inkişafına, xidmət təchizatına və zəmanət xidmətinə sərmayə qoyuruq”, Servis İnkişafı Biznesinin Baş Meneceri Denis Taranov qeyd edib.

“Lenovo”nun Daşkənd və Almatıdakı yeni anbarları beynəlxalq logistika şirkəti UPS (United Parcel Service) bazasında fəaliyyətə başlayıb, şirkətin Bakıdakı logistik tərəfdaşı isə “DiVi”dir. Bu iş formatı, “Lenovo”nun yüksək texnoloji məhsullarının daşınması və logistikası baxımından qeyd olunan tərəfdaşlarla uzun və müsbət əməkdaşlıq təcrübəsinə bağlıdır.

Bölgədəki 24/7 rejimində fəaliyyət göstərən yeni bölüşdürülmüş anbar şəbəkəsi sayəsində “Lenovo”, müştərilərinə satın alınan məhsul və xidmət səviyyəsindən asılı olaraq ehtiyat hissələrinin çatdırılma intervallarını təklif edə biləcək: növbəti iş günü, nasazlıq aşkar edildikdən sonra 4 saat ərzində və ya ərizənin qeydiyyata alındığı tarixdən 6-24 saat ərzində.

Şirkət haqqında:

“Lenovo”, serverlər, saxlama sistemləri, mobil cihazlar, həllər və xidmətlər kimi əsas böyümə sahələrini mənimsəməyə davam edərək dünyanın ən böyük PC istehsalçısı kimi uğurunu möhkəmləndirmişdir. Ötən il “Lenovo” tərəfdaşlıq şəbəkəsinin inkişafına, xidmət təklifləri portfelinin genişləndirilməsinə, Mərkəzi Asiya regionunda ehtiyat hissələrinin anbarlarının tikintisinə investisiyaların artırıldığını elan edib. Bu gün şirkətin müştəriləri və tərəfdaşları üçün qabaqcıl dəstək proqramı, həmçinin “Lenovo 360” platforması mövcuddur.

Daha geniş məlumat əldə etmək üçün sayta daxil olun.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023

Lenovo EMEA regionunda giriş səviyyəli Məlumat Saxlama Sistemləri üzrə aparıcı təchizatçıya çevrilib

08-06-2023

Lenovo Azərbaycanda smartfon satacaq

02-11-2015

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023

Lenovo elastik smartfonunu təqdim edib

14-06-2016

Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

06-12-2022

Lenovo smartfonu Azərbaycan bazarında satışa çıxarıldı

05-01-2016

Bestcomp Group Mərkəzi Asiyadakı tərəfdaşları üçün konfrans keçirib

23-10-2019

Azercell-dən planşeti al – hədiyyələr qazan

12-05-2018

İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

18-09-2017

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025

Smartfonların tədarük həcmi aşağı düşəcək

03-04-2015

Lenovo rəsmisi işdən azad edilib

31-08-2015

Lenovo selfie işığını təqdim edib

07-01-2015

Lenovo, “Blackbery”ni almaq üçün təklif verməyə hazırlaşır

20-10-2013

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018

Lenovodan yeni il üçün xüsusi netbook kampaniyası

04-12-2008

Lenovo-dan 4K ekranlı noutbuklar

19-08-2015

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

11-03-2019

Məlumat mərkəzinin yaradılmasına 350 min manat xərclənib

06-10-2015

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə