Previous Next
Bağla

“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

17-11-2025 12:17
“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

Milli İnternet Mükafatı – “MilliNet 2025” müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb.

Xeberler.az bildirir ki, bu il müsabiqəyə 13 Nominasiya üzrə 179  resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan  150-i müsabiqəyə qəbul edilib.

Qaydalara uyğun olmadığı üçün müsabiqəyə qəbulundan imtina edilən resurslar  1-ci səsvermə başa çatanadək problemləri aradan qaldıraraq yenidən müraciət edə bilərlər.

Hazırda MilliNet.az–a yeni resurslar müraciət edə bilməz, qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.

İki Nominasiya üzrə rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı resurslar digər uyğun Nominasiyalara keçirilib. Nominasiyalarında uyğunsuzluq olan bəzi resursların  Nominasiyaları Qaydalara uyğun olaraq MilliNet TK tərəfindən dəyişdirilərək daha uyğun istiqamətlərə keçirilib.

“İlin rəqəmsal siması” Xüsusi Nominasiyası üzrə 7 namizəd irəli sürülüb.

MilliNet TK bildirir ki, hazırda 1-ci mərhələ qiymətləndirmə prosesi davam edir və 25 noyabr tarixədə başa çatacaq. 

1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə Nominantlar müəyyən olunacaq.

Bu nominantlar arasından  2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.

Bu il də resurslar yeni meyarlar əsasında 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması” Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.

Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı yekun təqdimat mərasiminin dekabrın ayında keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
 rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

Gold sponsorlar AzİnTelecom, Lenovo, və Caspel şirkətləridir.

Sponsorlar B&B SECURITY, KATV1, Alas Academy, ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.

YODA, Mediatrends, NUKHALI və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.

MilliNet-in media tərəfdaşları Technote Media, Xəbərlər.az və Techzone media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025

MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

17-11-2023

MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

01-11-2023

"MilliNet2025"-ə start verildi

24-09-2025

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023

MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb

22-11-2018

MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

18-11-2023

MilliNet 2018 müsabiqəsində internet resursların qeydiyyatı davam edir

19-11-2018

Milli Net 2015-də saytların qeydiyyatı başa çatıb

26-11-2015

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

13-12-2025

MilliNet2017-də internet resursların qeydiyyatı davam edir

31-10-2017

Milli Net 2015-də saytların qeydiyyatı bu gün başa çatır

25-11-2015

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Millinet 2016-da səsvermə başlayıb

01-12-2016

Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

20-11-2015

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013

Milli Net 2012-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

19-11-2012

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017

İndiyədək MilliNet-ə 135 layihə müraciət edib

27-10-2017

MilliNet müsabiqəsinə qeydiyyat davam edir

21-10-2017

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə