Previous Next
Bağla

“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

30-09-2015 16:52
“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

Sentyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin konfrans zalında məktəblilər arasında “İnternet təhlükəsizliyi” mövzusuna həsr olunmuş təlim keçirilib.

Xeberler.az-ın məlumatına görə,  tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova uşaqları salamlayaraq təlimi açıq elan etdi.

Sədr müavini  bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, idarəetmə sahəsindəki biliklərinin artırılması, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi önəm verir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. Kompüter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir.

Komitəin sədr müavini qeyd edib ki, internetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalır.

Sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz uşaqların “İnternetdə təhlükəsizliyi” mövzusunda təlimlərin keçirilməsini yüksək dəyərləndirib. Osman Gündüz bildirib ki, uşaqları kibertəhlükələrdən mühafizə etmək üçün mobil təhlükəsizlik imkanlarından faydalanmaq mümkündür.

Təlimdə uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə məlumat verilib. Eyni zamanda uşaqların kompüterdəki internet fəaliyyətini və telefonda zənglərini necə izləməyin yollarını diqqətə çatdırıb.

Osman Gündüz vurğulayıb ki,  bu cür təlimlərdə cəmiyyətdə informasiya təhlükəsizliyi sahəsi baxımından maarifləndirmə işləri üçün geniş əhəmiyyət kəsb edir.

Təlimdə ekspertlərin mövzu ilə bağlı təqdimatlar olub, uşaqlarla qrup işləri, müzakirələr aparılıb, həmçinin, internet-onun faydaları, zərəri ilə bağlı müvafiq məlumat və məsləhətlər verilib.

Sonda Komitə tərəfindən təlimdə öz aktivliyi ilə seçilən iştirakçılar sertifikatla təqdim olunub.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunacaq

29-09-2015

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunacaq

15-09-2015

“Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusu müzakirə olunmuşdur

20-04-2012

Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

27-06-2015

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Ramin Quluzadə məktəblilərlə görüşüb

22-08-2017

Uşaqların internet təhlükəsizliyi müzakirə ediləcək

20-11-2017

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025

Azərbaycanda "Roblox"un fəaliyyəti məhdudlaşdırıla bilər

19-03-2026

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

www.ushaqlar.az-ın təqdimatı olub

24-06-2011

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

27-09-2016

Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

12-11-2016

“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

Valideyn nəzarəti və internet təhlükəsizliyi proqramının təqdimatı keçirildi

02-11-2018

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə