Previous Next
Bağla

“Moody’s”: Onlayn ödəmə platformalarının çoxalması depozitləri bahalaşdırır

15-10-2020 19:48
“Moody’s”: Onlayn ödəmə platformalarının çoxalması depozitləri bahalaşdırır

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək.

Xeberler.az bildirir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Hesabata görə, onlayn alış-veriş mərkəzlərində elektron portmanatlar vasitəsilə ödənişlərin payı 2015-ci ildə 30 faizdirsə, 2019-cu ildə 40 faizə çatıb, 2023-cü ilədək isə 50 faizi keçə bilər. Hazırda daha çox Asiya ölkələrində geniş istifadə olunan bu cür ödənişlərin yaxın gələcəkdə Avropa və ABŞ-da da geniş intişar tapacağı güman edilir.

Belə ki, əvvəllər banklar pərakəndə ödəmələr həyata keçirməklə müştəri cəlb edərək onlara kredit və digər maliyyə məhsulları təklif edirdisə, bundan belə vəziyyət dəyişə bilər. Çünki məsələn, İKT-nin inkişafı, qaydaların yumşalması sayəsində fərdi hesabları bir bankdan o birisinə, o cümlədən onlayn banklara köçürmək daha da asanlaşıb. Belədə banklar müştəri cəlb etmək üçün yeni yollar axtarmalıdır. Belə vasitələr arasında depozit faizlərinin artırılması göstərilir.

Bundan əlavə, bir çox bankların başlıca gəlir mənbəyi olan pərakəndə ödənişlərin payı da azalacaq. Belə ki, banklar və onlayn platformlar vasitəsilə elektron ödənişlər hələ də yayılsa da, onlarda ənənəvi bankların xüsusi çəkisi azalmağa doğru gedir. Bu rəqabətə tab gətirmək üçün ənənəvi banklar daha az faiz tətbiq edərək eyni zamanda müasir İKT-yə yatırımlarını artıraraq son nəticədə birləşməyə də üz tuta bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Banklar İT xərcləri artırır

01-05-2015

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

ƏDV-nin qaytarılması digər bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq

25-12-2020

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

Elektron ticarət sektorunda lider ölkə hansıdır?

06-04-2015

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17-11-2023

Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

17-08-2015

Bank xidmətlərini təqdim edən yeni sayt istifadəyə verildi

01-09-2015

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016

Türkiyədə elektron ticarət necə inkişaf edir? –Hesabat

26-04-2017

İnnovasiyalar alıcıların davranışına necə təsir göstərir?

12-05-2015

Bankların kredit vermək vətəndaşların isə kredit almaq imkanları artıq asanlaşacaq

05-09-2018

Elektron Hesabat Sistemi yaradıldı

16-08-2018

Azərbaycanda bankların proqram təminatı yenilənir

12-01-2017

Portala daha bir xidmət inteqrasiya edildi

31-01-2018

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

16-06-2015

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019

Mobil bankçılıq xidmətindən istifadə edənlərin sayı artacaq

05-08-2015

Satış həcminin 50 faizi İnternetlə həyata keçiriləcək

03-08-2015

Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

07-05-2025

Hansı region mobil maliyyə sahəsində liderdir?

06-10-2015

ABB AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim edib

03-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə