Previous Next
Bağla

“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

30-10-2014 14:04
“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

“Provayder və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Provayderin borcudur ki, verdiyi internetin sürətinə nəzarət etsin,  istənilən hava şəraitinə dayanıqlığını yoxlasın”.

Xəbərlər-in verdiyi məlumata görə, bu sözləri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hava şəraitindən asılı olaraq zəifləyən internetin sürəti ilə bağlı deyib.

Osman Gündüzün fikrincə, havanın təsirindən internetin zəifləməsi və ya kəsilməsi provayderlərin işinin göstəricisidir: “Telefon xətti və ya birbaşa kabel vasitəsilə çəkilən internetin küləkli və  yağmurlu havada kəsilməsi provayderdən asılıdır. Küləyin, yağışın xətlərə təsirindən sürət azalır. Provayder və ya telefon qovşağı internet çəkilişi zamanı xətlərin dayanıqlığını yoxlamalıdır. Hətta bəzi internet kabelləri kanalizasiyadan keçir, belə olan zaman xətlərə su yığılır, nasazlıq yaranır. İstənilən təsir isə internetin sürətini azaldır. Burada əsas problem  provayderdə, sizə interneti verən telefon qovşağındadır”.

Osman Gündüz qeyd edir ki, kabelsiz internet ötürücülərində isə havanın təsirindən yaranan problem gözləniləndir: “Küləkli havada kabelsiz ötürücülərlə internetə girən zaman sürətin zəifləməsi müşahidə edilir. Bu, əslində gözləniləndir. Çünki data-kartlar interneti hava vasitəsilə ötürür. Pis, küləkli və yağmurlu hava şəraiti kabelsiz, hava internetinin sürətinə mütləq təsir edir. Haradasa bunu normal da hesab etmək olar. Ancaq bu təsirlər o qədər də ciddi olmamalıdır. Əgər internetin sürəti çox zəifləyir, ümumiyyətlə, internetə qoşulmaq mümkünsüzləşirsə, bu, artıq küləyin təsirindən deyil. Problem provayderdədir ki, hər şeyi nəzərə almayıb. Mobil provayderlər təqdim etdiyi data-kartlara nəzarət etməyə borcludur”.

Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, provayderlər verdiyi internetin sürətinə nəzarət etməlidir: “Provayderlər və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Ümumiyyətlə, provayder hər bir şəraiti nəzərə almalı, yüksək göstəricilərə cavab vermək üçün monitorinq keçirməli, xətləri test etməli, antenalar, ötürücülər, həmçinin şirkətin ofisindəki internet ötürücü avadanlıqları yoxlamalı, yüksək vəziyyətə gətirməlidir. İstifadəçi internet çəkdirən zaman müəyyən sürət seçir və buna əsasən müqavilə hesablayır. Əgər istifadəçidən asılı olmayan səbəblərdən müqavilədə qeyd edilən və hər ay abunə haqqı ödənilən internet sürəti zəifləyir və ya kəsilirsə, istifadəçi buna görə provayderi məhkəməyə verə bilər. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Sənaye və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar”.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internetin sürəti zəifləyib?

Azərbaycanda internetin sürəti zəifləyib?

03-09-2019
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
Aylıq internet ödənişində güzəşt olacaq? - Ekspertdən mühüm təklif

Aylıq internet ödənişində güzəşt olacaq? - Ekspertdən mühüm təklif

07-10-2020
Ekspert: Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozur

Ekspert: Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozur

31-03-2020
Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı

Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı

07-01-2021
Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019
AZAL internet provayder xidməti göstərəcək

AZAL internet provayder xidməti göstərəcək

29-12-2025
Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

15-04-2020
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017
“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009
Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

11-07-2019
Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

08-07-2011
İnternetin sürətində böyük artım

İnternetin sürətində böyük artım

09-09-2015
Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

29-07-2022
Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

11-01-2023
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

26-12-2020
Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

05-01-2012
RYTN daha keyfiyyətli internet üçün səylərini gücləndirir

RYTN daha keyfiyyətli internet üçün səylərini gücləndirir

01-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə