Previous Next
Bağla

Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

11-01-2023 23:19
Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

Bu gün ölkə ərazisində çox sayda internet provayderləri fəaliyyət göstərir. Amma sayları nə qədər çox olsa da, vətəndaşların əksəriyyəti xidmətin qənaətbəxş olmadığını deyirlər. İstifadəçilərin sözlərinə görə, internetin sürəti zəif olur, provayderi dəyişmək istəyəndə isə üzə çıxır ki, ərazidə başqa provayder yoxdur. Bir növ Bakı və Abşeron əraziləri rayonlar üzrə provayderlər arasında bölünüb. Biri digərinin ərazisində qətiyyən xidmət təklif etmir. Təbii ki, bu da rəqabətin olmamasına, provayderlərin istədikləri kimi fəaliyyət göstərmələrinə şərait yaradır.

Vətəndaşların şikayətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çatdırıb, yaranmış problemin nə vaxt həll ediləcəyini soruşduq. Təəssüf ki, bir neçə gün gözlədikdən sonra sualımızın yalnız internetin sürəti ilə bağlı hissəsinə ənənəvi, hamının bildiyi cavabı verdilər. Ölkə ərazisində istifadə olunan mövcud texnologiyadan və seçilmiş tarif paketindən asılı olaraq sürət dəyişir. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində yüksək sürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Suallarımızın “Niyə bir provayderin olduğu əraziyə başqa provayder girmir? Royonları bu şirkətlər arasında kim bölüb?” hissəsinə isə nazirlikdən heç cür cavab ala bilmədik.

İnformasiya və kommunikasiyalar üzrə ekspert Elvin Abbasov isə deyir ki, bütün rayonlar üzrə fəaliyyət göstərmək şirkətlərin özlərinə də sərf eləmir. Çünki bunun üçün yeni avadanlıqlar alınmalı, iş arealı böyüdülməli, keyfiyyət daha da artırılmalıdır. Bazarda yaranacaq rəqabəti də nəzərə alanda şirkətlərin istəksiz davranmaları aydın olur.

Ancaq ekspert bunun çox uzun çəkməyəcəyinə inanır.

İnternetin sürətin gəldikdə isə... Elvin Abbasov əsas problemin simli texnologiyalardan qaynaqlandığını düşünür. Onun sözlərinə görə, fiber optiklər çəkilsə belə, sub provayderlərin özlərini yeniləmələri vacibdir. Keyfiyyətə təsir göstərən digər amillərdən biri isə provayderlərin müstəqil olaraq, yəni nəzarətsiz formada fəaliyyət göstərməlidir.

Onu da xatırladaq ki, hazırda ölkəmizdə 40-a yaxın provayder fəaliyyət göstərir. Hazırda ölkə ərazisinin 30 faizi fiboroptika ilə təmin olunub. Digər 70% isə 2024-ci ilə qədər gözləməli olacaq.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
İnternet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

İnternet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

07-04-2023
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom  tərəfindən “oğurlanır“

Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən “oğurlanır“

30-09-2019
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020
“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

30-10-2014
Eyni əraziyə internet çəkən provayderlər ortaq avadanlıqdan istifadə edə bilərmi?

Eyni əraziyə internet çəkən provayderlər ortaq avadanlıqdan istifadə edə bilərmi?

31-08-2023
İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10-03-2025
Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023
 “10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017
Aztelekom-un şəbəkəsindən pul qazanmaq istəyirlər

Aztelekom-un şəbəkəsindən pul qazanmaq istəyirlər

28-09-2019
Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015
Azərbaycanda turizm obyektlərində internetin keyfiyyəti niyə aşağıdır?

Azərbaycanda turizm obyektlərində internetin keyfiyyəti niyə aşağıdır?

16-08-2023
Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019
İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009
İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025
«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

18-04-2010
İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
Azərbaycanda internet niyə bərbaddır?

Azərbaycanda internet niyə bərbaddır?

28-01-2019
Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

29-07-2022
Samir Orucov: Sabit genişzolaqlı internet mobil interneti ötüb

Samir Orucov: Sabit genişzolaqlı internet mobil interneti ötüb

27-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə