Previous Next
Bağla

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021 16:27
“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə rəqəmsal formatda baş tutan “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans davam edir. Tədbirin ikinci günündə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən “Gələcəyi birlikdə şəkilləndirək” mövzusunda açılış nitqlərində Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və “Türksat”ın direktoru Hasan H. Ertok çıxış ediblər.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət” modeli haqqında söhbət açıb. İlkin mərhələdə ayrı-ayrı məkanlarda təqdim edilən xidmətlərin bir mərhələyə toplandığını bildirən sədr müavini hazırki mərhələdə bir məkandan təqdim edilən xidmətlərdən fasiləsiz xidmətlərə keçidin təmin edildiyini vurğulayıb. Nümunə olaraq reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi həyata keçirən “myGov” şəxsi kabinet əsaslı elektron hökumət platforması göstərilib. Süni intellekt mövzusunda toxunan Ceyhun Salmanov yeni nəsil texnologiyalar vasitəsilə gündəlik işlərin avtomatlaşdırılması sayəsində qərar verməyə daha çox zamanın olacağını vurğalayıb.

PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BesComp” və bp şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilən konfrans dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunur.

Günün birinci yarısında iki panel müzakirəsi təşkil olunub. Lütfi Zadə Texnologiya Mərkəzinin direktoru İmran Bağırovun moderatorluğu ilə keçirilən “Süni intellektin etikası” mövzusunda ilk panel müzakirəsində Avropa Şurasının Süni İntellekt üzrə Komitəsinin sədri Qreqor Strojin, “Microsoft”un Mərkəzi və Şərqi Avropa Bölgəsindəki 24 ölkə üçün Milli Texnologiya Siyasətləri və Strategiyaları direktoru Mixail Şmelev və “OdiseIA”ın prezident və təsisçisi Idoia A. Salazar çıxış ediblər.

Kanada təbii sərvətlər departamentinin nümayəndəsi Vik Pantın moderatorluğu keçirilən “Süni intellekt üzrə dövlət strategiyaları” mövzusunda panel müzakirələrində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovasiyalar və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “e-Estonia” brifinq mərkəzinin rəqəmsal transformasiya məsləhətçisi Anet Numa və “AI Singapore”un direktor müavini Sengmeng Koo çıxış ediblər.

Günün ikinci yarısında təşkil olunan sessiyalar “PwC”nin süni intellekt və texnologiya lideri Maykl Berns və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının kəşfiyyat rəhbəri Leyla Seyidzadənin moderatorluğu ilə keçirilib. Sessiyalarda Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nihat Şenyuva, PAŞA Bankın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev, “GazProm Bank”ın rəqəmsallaşma üzrə vitse-prezidenti Aleksey Kotlov, “AI Governance International”ın təsisçisi Ana Çubinidze, Avropa Şurası Süni İntellekt üzrə Komitədə Gender Bərabərliyi Məruzəçisi Yana Novohradska, “Givetastic”in icraçı direktor və təsisçisi Vidya M. Müller, Aqrar Elm və Innovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin data yarışması öncəsi təlim (workshop) təşkil olunub və "Kaggle" platforması üzərində keçirilən data yarışmasına start verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans başa çatıb

28-04-2021

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

16-04-2021

"Süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas keçirilib

14-03-2026

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Dövlət Agentliyinin sədr müavini Koreyada səfərdədir

04-10-2019

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

“ASAN xidmət” brendi beynəlxalq arenada təqdim olundu

05-02-2024

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Big Data mövzusunda seminar keçirilib

19-12-2019

Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

19-02-2019

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

06-09-2024

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

"Green Hackathon 2024" layihəsi başa çatıb

30-10-2024

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

“TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda görüş keçirilib

28-04-2025

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə