Previous Next
Bağla

Big Data mövzusunda seminar keçirilib

19-12-2019 15:29
Big Data mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "McKinsey" məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə "Dövlət idarəçiliyində böyük həcmli məlumatlar, yəni "Big Data" mövzusunda seminar keçirilib.

Xeberler.az bildirir ki, seminar dövlət idarəçiliyində böyük həcmli məlumatların tətbiqi, onların idarə olunması, qərar qəbuletmə prosesində əhəmiyyəti, həmçinin dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vətəndaşlara təmassız və çevik şəkildə təqdim edilməsi ilə bağlı mövzulara həsr olunub. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Rəqəmli inkişafın ölkəmizin müasir dövrünün başlıca məsələlərindən olduğunu deyən nazir müavini yaxın zamanlarda irihəcmli verilənlər sahəsində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb. "Ölkəmizdə rəqəmli texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən data mərkəzlərin yaradılması, məlumatların emalı sahəsində süni intellekt texnologiyalarının istifadəsi və kadr hazırlığı sahəsində addımlar atılır və atılacaq. 2015-ci ildən ölkəmizdə "Açıq məlumatlar" portalı fəaliyyət göstərir. Bu mənbədə 11 kateqoriya üzrə 9 dövlət qurumunun 650-dən çox açıq məlumatı yerləşdirilib və əsasında artıq bir çox tətbiqlər hazırlanıb. Nazirliyin tabeliyində fəaliyyət göstərən TIER III səviyyəli Data Mərkəz də öz imkanları və xidmətləri ilə ölkədə irihəcmli verilənlərin toplanılmasına və emalına öz töhfəsini verə bilər", – deyə nazir müavini bildirib.

Seminarda, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Data analitikasının əhəmiyyəti, bu sahədə dövlət agentliyinin gördüyü işlər, gələcək planlar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, "ASAN xidmət" yarandığı gündən Data əsaslı qərar qəbuletmənin əhəmiyyətinə xüsusi önəm verilib və belə bir mədəniyyətin formalaşmasına diqqət ayrılıb. Sədr müavini bu cür tədbirlərin Data analitikası ilə bağlı çağırışlara diqqət ayrılması baxımından əhəmiyyətini yüksək qiymətləndirib. 

Daha sonra tədbirdə "McKinsey" məsləhətçi şirkətinin nümayəndəsi Sinan Köksoy çıxış edib. O, böyük həcmli məlumatların, yəni "Big Data"nın analitik təhlili üzrə xarici ölkələrin təcrübə və tövsiyələrinin öyrənilməsi, idarəçilikdə tətbiqi haqqında danışıb. Həmçinin Qabaqcıl Analitika barədə məlumat verib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov seminarın panel iclasında "Rəqəmsal inkişafda "Big Data" mövzusunda təqdimat edib. R. Əzizov rəqəmsal inkişafla bağlı "rəqəmsal hökumət", rəqəmsal ödənişlər, elektron ticarət, elektron sənəd dövriyyəsinin tətbiqi, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın istifadəsi və digər istiqamətlər üzrə normativ sənədlər haqqında məlumat verib. O, "Elektron hökumət"in formalaşdırılması sahəsində görülən işlərin faydası və dövlət tərəfindən bu sahədə verilən qərarların icrası barədə danışıb. "Elektron hökumət"in infrastrukturu və onun e-xidmətlərə girişinə açarı olan e-imza infrastrukturu qurulmuş, e-ödənişlər üzrə "Hökumət ödəniş" portalı, sahibkarların lisenziyalar və icazələr alması üçün "Lisenziyalar və icazələr" portalı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə elektron vizalar verilməsi üçün "ASAN viza" sistemi yaradılmış, aqrar sektorda elektron kənd təsərrüfatı sistemi və ədliyyə sahəsində elektron məhkəmə sistemi formalaşdırılmış, həmçinin dövlət əhəmiyyətli kadastrlar və reyestrlər istismara təqdim edilmişdir". R.Əzizov bildirib ki, BMT-nin "Elektron hökumət müşahidəsi" hesabatında "Elektron hökumətin inkişaf indeksi" üzrə Azərbaycan ilk dəfə olaraq 56-cı yerə yüksəlib və "Elektron iştirakçılıq" indeksində 50 ölkə arasında 47-ci pillədə qərarlaşıb. 

"AzInTelecom" MMC-nin direktor müavini Ceyhun Əliyev öz çıxışında bildirib ki, əgər əvvəllər sahibkarlar və ya dövlət qurumları məlumatları arxivlərdə, qovluqlarda saxlayırdılarsa, hazırda bu məlumatlar rəqəmsal məlumat daşıyıcılarına miqrasiya olunur və məlumat həcmi artdıqca bu həcmlərin saxlama sahəsi də böyüməlidir. "Big Data" böyük həcmdə verilənləri öz məntiqi mənasında əks etdirir. Böyük həcmli məlumatların saxlanılması və emalı nəinki böyük həcmdə yaddaş sahəsi, həm də güclü hesablama imkanlarına malik olan infrastruktur tələb edir. "AzInTelecom"un Data Mərkəzi nəzdində fəaliyyət göstərən "Azcloud" bulud xidmətləri məhz bu kimi həlləri təqdim etməklə istifadəçilərin məlumatlarını beynəlxalq standartlara uyğun şəkildə qoruyub saxlamaqla yanaşı, yüksək dayanıqlıq etibarlığına malik olan hesablama imkanlarını təqdim edir. 

"McKinsey" şirkətinin nümayəndələri Ankit Bisht və Borko Handjiski öz çıxışlarında ən yaxşı dünya təcrübələri barədə məlumat veriblər və dövlət idarəçiliyində böyük həcmli məlumatların istifadəsinin əhəmiyyətini vurğulayıblar. 

Seminar interaktiv müzakirələrlə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Data.gov.az-ın yeni versiyası təqdim edilib

Data.gov.az-ın yeni versiyası təqdim edilib

21-11-2017
Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019
Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019
ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019
DOST “Big Data” texnologiyalarına keçir

DOST “Big Data” texnologiyalarına keçir

22-04-2022
"ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib

"ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib

04-04-2025
Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026
“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015
“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021
"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026
Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018
“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

19-05-2022
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

16-03-2022
AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019
ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017
Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015
Dövlət Agentliyi Veb konfrans təşkil edib

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020
İİTKM-in əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

İİTKM-in əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

05-09-2025
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə