Previous Next
Bağla

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025 14:53
“Süni intellekt savadlılığı” proqramı davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən icra olunan “Süni intellekt savadlılığı” proqramının həyata keçirilməsi uğurla davam edir.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqram cəmiyyətin müxtəlif təbəqələrində süni intellekt biliklərinin artırılmasına, rəqəmsal bacarıqların inkişafına və bu texnologiyalardan məsuliyyətli istifadənin təşviqinə yönəlib.

Proqram çərçivəsində təşkil olunan təlimlərin sayı artırılıb və daha çox dövlət qurumu və müəssisənin proqramdan faydalanması təmin edilib. Bu günə qədər “Süni intellekt savadlılığı” proqramı çərçivəsində 50-dən çox dövlət qurumunda və müəssisədə ödənişsiz təlimlər təşkil olunub, 1000-dən artıq iştirakçı praktiki və nəzəri biliklər əldə edib. Təlimlər üzrə iştirakçı məmnunluğunun 99 faiz təşkil etməsi proqramın effektivliyini və aktuallığını bir daha təsdiqləyir.

Təlimlər zamanı iştirakçılara süni intellektin gündəlik fəaliyyətlərdə tətbiqi, iş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, müasir rəqəmsal bacarıqların inkişafı, eləcə də süni intellektdən istifadə zamanı yarana biləcək risklər və etik məsələlərlə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

“Süni intellekt savadlılığı” proqramı regional səfərinə Şuşa şəhərində 100 nəfərin iştirakı ilə başlayıb. Proqramın növbəti mərhələlərdə ölkənin digər regionlarını da əhatə etməsi, müxtəlif yaş və peşə qrupları üçün uyğun təlim modullarının hazırlanması, eləcə də onlayn və hibrid təlim formatlarının tətbiqi nəzərdə tutulur.

Təlimlər “İnnovasiyalar Mərkəzi” MMC ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Memorandum çərçivəsində innovativ yanaşmaların təşviqi, maarifləndirici və sosialyönümlü layihələrin icrası, eləcə də tələbə və gənclər üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur.

ASAN İnnovativ İnkişaf Mərkəzi dövlət qurumlarını, müəssisələri və fərdi iştirakçıları ödənişsiz həyata keçirilən “Süni intellekt savadlılığı” proqramına qoşulmağa, gələcəyin texnologiyalarını bu gündən öyrənməyə və rəqəmsal inkişafın bir parçası olmağa dəvət edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24-02-2026

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb

06-10-2025

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

“Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

25-09-2025

“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

18-12-2024

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

Qazaxıstanın dövlət qulluqçuları ASAN Xidmət təcrübəsini öyrənirlər

15-05-2026

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

24-04-2026

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” üzrə növbəti təlimlər təşkil olunub

27-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə