Previous Next
Bağla

“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

12-01-2017 10:38
“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

İnformasiya Texnologiyaları İnstitutunda uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemlərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev internetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çox sayda məlumatın yayıldığını və onların təbliğatını aparan kontentlərin ziyanlı informasiya daşıyıcıları olduğunu bildirib.

Xeberler.az-ın məlumatına görə, o, uşaqların internetin bu kimi təsirlərindən qorunması probleminin dünya səviyyəsində diqqət cəlb edən məsələlərdən olduğunu vurğulayıb.

Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar haqqında danışan alim bu sahədə İngiltərədə “The Internet Watch Foundation” təşkilatının mühüm rola malik olduğunu deyib.

Onun sözlərinə görə,  bu kimi təşkilatlara daxil olan müraciətlər əsasında internetdə rast gəlinən təhlükələrə qarşı mübarizə aparılır.

“Media orqanlarında mütəxəssislər tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı və bu problem populyarlaşdırılmalıdır”.

R.Əliquliyev ölkəmizdə bu sahədə mövcud olan problemlərin araşdırılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

Alim müvafiq qurumlarla birgə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin önəmini də qeyd edib.

R.Əliquliyev, həmçinin ölkəmizdə bununla bağlı atılacaq addımlardan biri kimi institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların İnternetdə təhlükəsiziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini önə çəkib.

Alim qeyd etdi ki, mərkəzdə əldə olunan məlumatların intellektual analizi bu problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Əliyeva “Uşaqlar üçün daha yaxşı İnternet” mövzusunda məruzə ilə çıxış edib. O, “Uşaqlar üçün daha yaxşı İnternet” layihəsinin “Insafe” şəbəkəsi və İnternet qaynar xətlərinin Beynəlxalq Assosiasiyası tərəfindən birgə həyata keçirildiyini bildirib.

Avropa Təhlükəsiz İnternet Mərkəzləri tərəfindən “Insafe” yardım xətti, “Inhope” qaynar xətti, “Insafe" maarifləndirmə mərkəzləri kimi xidmətlərin göstərildiyini söyləyən məruzəçi Avropada 31 Təhlükəsiz İnternet Mərkəzinin və “Daha yaxşı İnternet” layihəsini yerli, milli və beynəlxalq səviyyədə dəstəkləyən 2000-dən çox qurumun, o cümlədən 90-dan çox Təhlükəsiz İnternet Günü komitələri və dəstəkçilərinin mövcud olduğunu vurğulayıb.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015

Provayderlər üçün yeni qayda və təlimatlar hazırlanıb

08-02-2017

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

“Təhlükəsiz internet günü”ndə “Uşaqların İnternetdə Təhlükəsizliyi” layihəsi müzakirə olundu

09-02-2010

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

17-09-2020

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə