Dilçiliklə bağlı Qaynar xətt problemləri həll edəcək

10-06-2015 / 12:21

Bir müddət  öncə Xeberler.az məlumat vermişdi ki, ölkədə dil məsələləri ilə bağlı Qaynar Xətt sistemi yaradılır.

Bununla bağlı Xəbərlər-ə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Qaynar xətt sisteminin işə salınması istiqamətində müəyyən işlərin görüldüyünü, eyni zamanda sistemlə bağlı texniki avadanlıqların alınmasında bəzi problemlərin də olduğunu bildirmişdi.

Bu məsələ ilə yenidən maraqlandıq və prosesin sürətləndiyinin şahidi olduq.

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Qaynar xətt Sisteminin texniki avadanlıqlarının hazırlığı, robotların sazlanması, proqram təminatının hazırlanması ilə bağlı bəzi problemlər müsbət həllini tapıb”.

Bu barədə Xeberler.az-a Qulu Məhərrəmli məlumat verib. O qeyd edib ki, ötən gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşdə nazir Əli Abbasovun tapşırığı ilə yeni avadanlıqların alınması ilə bağlı məsələ müzakirə olunub və bu məsələlərlə bağlı proqram təminatının yekunlaşması üçün tapşırıqlar verilib.

Qulu Məhərrəmli məlumat verib ki, Vergilər Nazirliyi və Təhsil Nazirliyi istisna olmaqla digər bütün nazirliklərdə saat 18:00-dan sonra Qaynar xətt demək olar ki, fəaliyyət göstərmir. Belə ki, yeni yaradılan Qaynar xətt sistemində isə bütün bu məsələlər öz həllini tapacaq: “Sistemdə quraşdırılmış robot müraciət edən vətəndaşa dərhal cavab verəcək və vətandaşın qeydi, iradı qəbul ediləcək. Bir gün sonra isə vətəndaşla əlaqə saxlanılacaq və məsələ həll olunacaq”.

Qulu Məhərrəmli Qaynar xəttin fəaliyyətindən də danışıb. O bildirib ki, vətəndaş hansı sözün düzgün yazılması ilə bağlı təklif yaxud, iradını bildirir. Bu müraciətlərə cavab vermək üçün Sistemin arxasında ayrı-ayrı dövlət qurumlarından nümayəndələr olur: “Birinci mərhələdə Azərbaycan vətəndaşları dil qüsurları ilə bağlı mağazalarda, iaşə obyektlərində, qaynar xəttə məlumat verəcək, növbəti mərhələdə isə dil qüsurları ilə bağlı çoxlu problemlərin olduğunu nəzərə alaraq, bu məqamlar üçün mütəxəssislərə müraciət olunacaq”.

Qeyd edək ki, bu məsələlər Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” a əsasən həyata keçirilir. Məhz bu Proqramda dilçiliyin inkişafı və ölkədə dildən istifadənin inkişaf etdirilməsi ilə bağlı mühüm əhəmiyyətli məsələlər öz əksini tapıb.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə