Məlum olduğu kimi, ölkədə dil məsələləri ilə bağlı Qaynar xətt sistemi yaradılır.
“Qaynar xətt sistemində sözlərin düzgün yazılışı sisteminin tətbiqi ilə yanaşı sorğu sistemi də hazırlanır”.
Bunu Xeberler.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Qaynar xəttin yaradılması istiqamətində görülən işlərdən danışarkən deyib.
O qeyd edib ki, sorğu sistemi vasitəsilə vətəndaşlar həmin bölmədə sorğu keçirərək mübahisəli sözləri aydınlaşdıra biləcəklər.
“Bunun başa çatması əlavə vaxt, proqram təminatı tələb etdiyindən Qaynar xətt istifadəyə verildikdən sonra sayta yerləşdirilməsi nəzərdə tutulur”, deyə Qulu Məhərrəmli əlavə edib.
Qeyd edək ki, Qaynar xətt sisteminin işə salınması istiqamətində işlər tamamlanıb. Sistem sentyabrın 15-20-i aralığında istifadəyə veriləcək.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri