Previous Next
Bağla

“Azərbaycanda infrastruktur layihələr üzrə qabaqcıl innovativ həllər tətbiq olunur” - Müsahibə

28-08-2015 16:17
“Azərbaycanda infrastruktur layihələr üzrə qabaqcıl innovativ həllər tətbiq olunur” - Müsahibə

Müsahibimiz Ultra şirkətinin Biznes Xidmətlər Qrupu Proqram təminatı komandasının rəhbəri Anar Məmmədov şirkətin inşaat, mühəndislik və infrastruktur həlləri haqda Xeberler.az-a məlumat verib.

-Anar müəllim, ULTRA şirkətinin  inşaat- mühəndislik sahəsində iş prosesinin avtomatlaşdırılması üzrə hazır həlləri mövcuddur.  Bu haqda məlumat verə bilərsinizmi?

-Bəli. Artıq iki ildən artıqdır ki, çox önəmli sahələrdən olan inşaat və mühəndislik sahəsi üzrə ULTRA şirkəti olaraq yeniliklərin edilməsi üzərində çox düşünürdük.

Tikinti şirkətləri bina, yol, tunel və digər obyektlərin inşaat layihələrinin icrası zamanı ciddi problemlərlə üzləşirlər. Bura layihə üzrə işlərin düzgün planlaşdırılması, vaxtında təhvil verilməsi, şəffaflığın artırılması, maliyyə nəzarəti, işçi resursların uçotu, əmək haqqı kimi məqamları aid etmək olar. Apardığımız təhlillərin nəticəsi olaraq bir çox şirkətlərin böyük və ciddi layihələri, təəsüf ki, ya kağız üzərində, ya da excel  səviyyəsində planlaşdırıldığının şahidi olduq.

Bütün bunları nəzərə alaraq, iki maraqlı proqram həllərimizi Azərbaycanda tətbiq etmək qərarına gəldik. Bu məhsullardan biri inşaat,  mühəndislik və xidmət yönümlü müəssisələr üçün “ASTA PowerProject”, digəri isə xətti layihələrin (asfalt və dəmir yolu, tunel və metro xətti, boru xətti, su xətləri, elektrik, hidrotexniki tikinti və s. ümumi infrastruktur sahəsi) idarəedilməsi üzrə dünyada nömrə 1 sayılan məhşur “TİLOS” Layihələrin İdarəedilməsi Proqramıdır.

-Bu həllər istifadəçilərə hansı üstünlükləri verir?

-Bu proqram məhsullarının bir çox üstünlükləri var. “ASTA PowerProject” proqram həlli  inşaat müəssisələrinin icra etdikləri bütün layihələrdə işlərin (ox çubuğu “Gantt chart” daxil olmaqla), vaxtın, riskin və büdcənin düzgün planlaşdırılması, layihə üzrə maliyyə uçotu, işlərin monitorinqi və nəzarəti kimi imkanlar verir.  

Digər üstünlük BİM (Building information modeling) modulunun olması. BİM nədir? Bu, əvvəlcədən mühədislər tərəfindən işlənmiş digital 4D görüntülərin sistemə yüklənməsi, 4D görüntüyə görə planlaşdırma və nəzarət etmə imkanının olmasıdır. Sistemin mobil versiyası da mövcuddur. Bu isə əlavə üstünlüklər deməkdir. Belə ki, tikinti sahəsində çalışan işçilər tikinti işlərinın icra statusu barədə sistemə məlumatlar daxil etmək və mərkəzdən idarəetmə imkanına malik olur.

Sistemin çox rahat istifadəçi interfeysi var. Dərin kompüter biliklərinə malik olmayan bütün istifadəçilər belə ondan rahatlıqla istifadə edə bilər. Vizual olaraq, bu, daha çox Word, Excel ofis proqramlarına bənzəyir və istifadəsi də  çox rahatlıqla mümkündür.

“Sistemin digər üstünlüklərindən biri “şablon” anlayışının olmasıdır. Əgər layihə Asta Powerproject-də hazırlanarsa artıq şablon anlayışının köməkliyi ilə onu sistemdə ikinci dəfə qeyd etməyə ehtiyac olmayacaq. Planlamanı köhnə şablonla qurmaq mümkündür.

Digər hazır həllimiz “TİLOS” proqramının əsas üstünlüyü  xətti layihələr üzrə ancaq işlərin vaxta görə yox, həmçinin eyni anda məsafənin də planlaşdırılması imkanının olması ilə seçilir.

Bundan əlavə planlaşdırma səhvləri minimuma endirilir. Digər üstünlüklərə Google Earth proqram məhsulu üzrə xətti layihələrin vizuallaşdırılması, digər Oracle Primavery, Microsoft Project 2013, Excel və s. sistemlərlə birbaşa inteqrasiya və məlumat mübadiləsinin mümkünlüyünü qeyd etmək olar.

-Bu həlləri daha çox hansı işçilər istifadə edə bilər?

-Bu məhsullar inşaatda daha çox inşaat mühəndisləri, planlaşdırma mühəndisləri, layihə nəzarətçiləri, layihə menecerləri, layihə üzrə maliyyəçilər, memarlar istifadə edə bilər.

-Bu məhsulların Azərbaycanda və ya digər ölkələrdə tətbiq etdiyiniz şirkətlər varmı?

-TİLOS məhsulu artıq 40-dan çox ölkədə istifadə olunur. Bura BAKU-TBILISI-CEYHAN P.L. PROJECT (Nacap), NABUCCO, Göçay TANAP, Stroytransgaz, Gazprom, TOTAL, Strabag, İstanbul metro, Moskva Metro, Gatar Metro, Qatar Reilway, London Metro qeyd etmək olar. Ümumiyyətlə, dünyada 90 faiz metro, 87 faiz boru, 67 faiz yol və 73 faiz  dəmiryolu layihələri TİLOS proqramı üzərində qurulur.

Azərbaycanda Port Baku layihəsinin tikintisində “MACE” şirkəti podratçı şirkətləri nəzarət etmək üçün ASTA Powerproject sistemini artıq  istifadə edib. Biz ULTRA olaraq, Azərbaycanda kifayət qədər böyük və nüfuzlu  tikinti şirkətlərində artıq real “ASTA PowerProject” proqram məhsulunu tətbiq etməyə müvəffəq olmuşuq.  Qısa zaman ərzində artıq bu sistemin istismarına başlanılacaq.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhşur TİLOS proqram təminatı Bakıda nümayiş etdiriləcək - Video

04-05-2015

ASTA proqram həlli nümayiş olunacaq

19-10-2015

”ULTRA Texnologiyalar” FND ilə əməkdaşlığa başlayır

22-12-2014

Bakıda Ağ Şəhər metro stansiyası tikiləcək

01-04-2019

Azərbaycan təhsilində yenilik: mobil robotlar hazırlanır

01-07-2015

Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

20-10-2023

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016

Bakıda 50 nömrəli marşrut xətti üzrə ödəniş “BakıKart”la olacaq

05-05-2023

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

15-11-2025

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Robot printer bina inşa edəcək

28-04-2017

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025

İnternet olmadan Facebook-dan istifadə edə biləcəksiniz

11-12-2015

İnnovasiyalar Agentliyindən “ağıllı” texnologiyaları olan şirkətə dəstək

25-02-2021

ULTRA şirkətinin prezidenti Tahir Mirkişilinin müsahibəsi

29-07-2010

Memarlıq və İnşaat Universitetində tədris mərkəzi açılıb

04-11-2008

102 təşkilat Maliyyə Nazirliyinin FARABI sisteminə qoşuldu

05-11-2015

Modelling texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

29-01-2020

ULTRA şirkəti “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütorluq statusunu əldə edib

31-03-2010

Yeni mobil tətbiqlə sürücülərdən şikayət edə bilərsiniz

03-10-2015

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015

Tikintiyə və istismara elektron icazələr sistemi haqda onlayn seminar keçirildi

10-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə