Previous Next
Bağla

İdeyaları gerçəkləşdirən İnnovasiya Mərkəzindən Reportaj

21-10-2015 10:54
 İdeyaları gerçəkləşdirən İnnovasiya Mərkəzindən Reportaj

Son illər ölkədə yaradılan innovativ mərkəzlərin sayı artır.

Xüsusən son vaxtlar  universitetlərdə  təşkil edilən innovasiya mərkəzləri diqqət cəlb edir.

Bir neçə ay əvvəl  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində NEXT STEP İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Xeberler.az olaraq Mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələrlə yaxından maraqlanmaq üçün NEXT STEP İnnovasiya Mərkəzində olduq.

Mərkəzin direktoru Kamran İmaməliyev Xeberler.az-a bildirib ki, Mərkəzin fəaliyyəti ölkə vətəndaşlarının innovativ ideya və layihələrini  cəlb etmək, dəyərləndirmək və də reallaşması üçün dəstək verməkdən ibarətdir.

Kamran İmaməliyev qeyd edib ki, Mərkəz fəaliyyətə başladığı gündən etibarən öz rəsmi internet səhifəsini qurub, sosial şəbəkələrdə öz təbliğatını həyata keçirməyə başlayıb və  NEXT STEP İnnovasiya Mərkəzi layihələri mərkəzə cəlb etmək üçün may ayının 25-dən iyun ayının 25-dək “Öz İdeyanı Gerçəkləşdir” adı altında müsabiqə keçirib:

“Müsabiqəyə 30-a yaxın layihə baş vurub, mərkəz tərəfindən 14-ü finala buraxılıb. Final zamanı layihələrin təqdimatı  Silikon Vadisindən olan biri professor olmaqla 2 nəfər ekspertimiz və mərkəzin işçiləri tərəfindən dinlənilərək dəyərləndirilib. Dəyərləndirmə sonunda 2 komanda – BakuParking Braille Pad layihələri seçiib və mərkəzdə fəaliyyət göstərmələri üçün dəvət olunub. Hazırda BakuParking layihəsinə mərkəz tərəfindən bütün dəstək verilərək öz fəaliyyətini icra edir”.

Mərkəz direktoru hazırda növbəti müsabiqə ilə bağlı fəaliyyətlərinin davam etdiyini deyib.

Onun sözlərinə götə, NEXT STEP İnnovasiya Mərkəzi  oktaybrın 1-dən  elan olunan “2-ci Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqənin genişlənməsi işləri ilə məşğuldur:

“Hazırda müsabiqə üçün 10-dan çox  layihə müraciət edib. Amma hələlik geniş platformada  müsabiqənin təqdim edilməsinə başlamamışıq. Hələlik PR işləri yalnız  Facebook üzərindən  aparılır”.

Mərkəz direktoru qeyd edib ki, universitet tələbələri ilə görüş bu həftədən başlayacaq:

“Çalışacağıq ki, bu həftədən bir neçə universitetlərdə görüşlər təşkil edək. Tələbələrlə, müəllimlərlə və digər nümayəndələrlə  danışıqlar aparacağıq.  Müsabiqə dekabrın 1-ə qədər davam edəcək”.

Kamran İmamaəliyev müsabiqə ilə bağlı ətraflı məlumat verib:

“Əvvəlki müsabiqədə olduğu kimi bu müsabiqədə də ideya və layihə müəlliflərini ABŞ, Silikon Vadisi-ndə çalışan mütəxəssislər  Naeem Zafar və Rick Rasmussen dinləyib dəyərləndirəcəklər. Müsabiqəyə təqdim olunan layihələrdən tələb olunan əsas məqam- innnovativlik və biznes yönümlüllükdür”.

Qeyd edək ki, Mərkəz ADNSU-nun əsas binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kvadrat metr olan, 2 əsas dəhliz, 2 işçi otaq və də 1 görüş otağından ibarətdir.

Kamran İmaməliyevin sözlərinə görə, Mərkəz fəaliyyətə başlayan zaman ayrılmış olan bütün ərazi tam təmir olunmuş, müasir tələblərə cavab verən, gücləndirilmiş elektrik və internet şəbəkəsi çəkilmiş, mərkəzdə tələbələrin rahat şəkildə çalışa bilmələri üçün bütün dəhliz və otaqlar kondisionerlə təmin edilibş  Bundan əlavə mərkəz yeni və müasir mebellərlə təmin olunub.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015

NEXT STEP-ə müraciət edən startapların sayı açıqlanıb

10-08-2016

34 startap layihəmizdən hansılar qalib olacaq?

16-12-2015

Qalib startaplar xarici mentor dəstəyi və pul mükafatı qazanacaq-Müsabiqə

30-06-2016

Qalib startaplar aylıq 2 min AZN alacaq- Müsabiqə

29-02-2016

Startaplarımız Silikon Vadisi mütəxəssisləri qarşısında təqdimat edəcək

14-12-2015

Müsabiqədə qalib gələn startap 10 min manat alacaq

19-11-2015

NEXT STEP-də finala çıxan startaplar açıqlandı

07-03-2017

Startap ekosistemində nə baş verir?-Mərkəzlər birləşdi

06-07-2017

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015

NEXT STEP-də mübarizə aparacaq startapların adı açıqlandı

31-08-2016

Yerli məhsul Ağıllı Qolbaq Azərbaycanı dünyaya tanıdacaq- Reportaj

12-02-2016

Qərb Universitetində texnopark yaradılır

02-11-2017

Mərkəz direktoru: “Startap komandaları çox az və həvəssiz işləyir”

11-01-2017

Azərbaycanda iri innovasiya mərkəzi tikiləcək

18-05-2018

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025

Yeni startapçılar yetişir - İnkubator Mərkəzindən Fotoreportaj

13-03-2015

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025

ADA-da Big Data Mərkəzi fəaliyyətə başlayıb

15-12-2017

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Azərbaycanlı nümayəndələr beynəlxalq İT konfrasda iştirak edir

12-11-2015

Startapçı həyatından bir gün

12-10-2018

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

11-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə