Bu gün "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) fintex laboratoriyasının ("Fintech Lab") açılış mərasimi keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov, şöbə müdiri Xəyaləddin Tağıyev, "AzFina"nın İdarə Heyətinin sədri Edqar Abdullayev və universitetin nümayəndələri iştirak edib.
Qeyd olunub ki, "FinTech Lab" vasitəsilə tələbələrə maliyyə texnologiyaları sahəsində praktiki biliklər aşılanması, fintex bazarında hazırda ehtiyac duyulan ixtisaslı kadrlar hazırlanması, ödəniş və elektron pul təşkilatları ilə birgə layihələrin icrası, ölkədə maliyyə savadlılığının artırılmasına dəstək verilməsi nəzərdə tutulur.
V.Vəliyev "AzFina" ilə qurulan bu əməkdaşlığı yüksək qiymətləndirib, qeyd edib ki, bu əməkdaşlıq universitet-sənaye işbirliyinin inkişafı, eləcə də əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində faydalı olacaq.
V.Xəlilov isə maliyyə texnologiyaları sahəsinin tənzimləyici olaraq bu tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O, hazırda ölkəmizdə maliyyə texnologiyaları sahəsində mövcud vəziyyət və innovasiyalar haqqında məlumat verib, 11 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə qeyd etdiyi kimi rəqəmsallaşma və süni intellekt sahəsinin inkişafının prioritet istiqamət kimi müəyyən edildiyindən və bunun fintex sahəsi üçün də mühüm hadisə olduğundan danışıb. Sədr müavini yeni açılan laboratoriyanın həm mütəxəssis hazırlığına, həm də maliyyə savadlılığının genişlənməsinə dəstək göstərməklə sektorun dayanıqlılığının artırılmasına töhfə verəcəyinə dair inamını ifadə edib.
X.Tağıyev isə sözügedən laboratoriyada AMB-nin həyata keçirdiyi maliyyə savadlılığı strategiyasına uyğun mütəxəssislər hazırlanmasının fintex sahəsində mövcud olan kadr ehtiyacının azaldılmasına dəstək olacağını qeyd edib.
E.Abdullayev isə AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və tələbələrin peşəkar mütəxəssis kimi yetişməsi istiqamətin bu laboratoriyanın əhəmiyyətini xüsusi qeyd edib.








Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları