Previous Next
Bağla

Delta Telecom-dakı yanğında MTN izi

30-11-2015 10:47
Delta Telecom-dakı yanğında MTN izi

Xəbər verdiyimiz kimi, noyabrın 16-da ölkənin əsas internet təchizatçısı Delta Telecom şirkətində yanğın baş vermişdi. Bunun da nəticəsində ölkədə 6 saat müddətində internet olmamışdı.

İndiyədək bir sıra rəsmi şəxslərin çıxışlarında problemin, yəni yanğına səbəbin  texniki xəta olduğu bildirilirdi.

Bununla belə Xeberler.az və ekspertlər yanğının bu qurumda Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsinə uyğun olaraq quraşdırılan MTN-nin Data Mərkəzi ilə əlaqəli ola biləcəyini vurğulamışdı.

Ötən gün məsələ ilə bağlı Delta Telecom-un Baş direktoru Ramazan Vəliyev ANS TV-də çıxış edərkən bu ehtimalların tamamilə həqiqətə uyğun olduğunu bir daha təsdiqləyib.

Ramazan Vəliyev qeyd edib ki, MTN tərəfindən burada avadanlıqların quraşdırılması   standartlara cavab verməyib və burada  qurulan sistemin də digər bir alternativi olmayıb.

Ramazan Vəliyev bildirib ki, yanğın zamanı zərər görmüş avadanlıqlar MTN-ə məxsus olub. 

“Tüstülənmə MTN-in yerləşdirdiyi avadanlıqdan başlayıb. Həmin avadanlıq bu ilin yanvar ayından etibarən Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı məlumat təhlükəsizliyini qorumaq məqsədilə quraşdırılmışdı. Biz dəfələrlə RYTN-ə xəbərdarlıq etmişdik ki, avadanlıqlar rezerv olunmalıdır, çünki avadanlığın tək qoyulması təhlükə yarada bilər. Nəticədə bütün rabitə sistemi dayana bilər. Məlum hadisələrlə bağlı monitorinq rəhbəri ilə dəfələrlə bunu müzakirə etdik”.

Ramazan Vəliyev deyib ki, Avropa Oyunları zamanı MTN tərəfindən təhlükəsizliyi təmin etmək üçün Delta Telecom-da yerləşdirlən avadanlıqlar şirkətdə digər avadanlıqlarla rezerv olunmayıb.

“Eldar Mahmudov şəxsən  mənə bildirdi ki,  bununla bağlı Prezidentlə danışıb və avadanlıqların Delta-da yerləşdirilməsinə aid razılıq alıb. O mənə dedi ki,  bu avadanlıqlar mütləq  yerləşdirilməlidir. Həmçinin qeyd etdi ki, Avropa Oyunları zamanı terror hadisələri gözlənilir və bununla bağlı o,  Prezidentə məruzə edib. İsrar etdi ki, biz  avadanlığı quraşdırmağa borcluyuq. Bildirdi ki, orda olan 1 milyon 7 yüz min dollar dəyərində  avadanlıqlar, operator tərəfindən alınacaq 100 geqabitlik kartların hamısı Delta Telecom  tərəfindən təmin olunmalıdır. Dedi ki, bu, Prezidentin göstərişidir.  Bu məsələni  bizə lisenziya verən təşkilata, yəni RYTN-ə məruzə elədim ki, vəziyyət belədir".

Ramazan Vəliyev baş yerən yanğının fəsadlarının aradan qaldırılması və internetin bərpa olunması zamanı şirkətin  texniki heyətinin fədakarlıq göstərdiklərini, çətin bir şəraitdə sistemin bərpasına nail olduqlarını diqqətə çatdırıb.

Ramazan Vəliyev bildirib ki, hazırda internetin təhlükəsizliyi üçün heç bir risk yoxdur.

“Bu sistem təkcə Delta Telecom-da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq digər rabitə operatorlarında da quraşdırılıb. Lazım olan informasiyaları həmin operatorlardan götürmək olar. Artıq qərar verilib ki, Delta Telecom rezervləmə sistemləri ilə təmin olunmalıdır. Həmin sistem də operatorun sisteminə uyğunlaşdırılmalıdır”.

Şirkətin baş direktoru  Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları və  Baş Prokurorluqdan xüsusi istintaq qrupunun da baş verən hadisə ilə bağlı  araşdırma apardığını  bildirib.

Xatırladaq ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu məsələ ilə bağlı qeyd edirdi ki,  Delta Telecom-da baş verən yanğın  əslində MTN-nin buradakı Data Mərkəzi (Dinləmə və izləmə Mərkəzi) ilə əlaqəli ola bilər. 

Baş direktor Ramazan Vəliyevin çıxışından sonra ekspert bu gümanların tamamilə doğru olduğunu diqqətə çatırıb. Onun sözlərinə görə, bu halın bir daha təkrarlanmaması üçün ciddi şəkildə müəyyən addımlar atmaq lazımdır:

“Bəli, biz artıq bu istiqamətdə şübhələrin olmasını demişdik. Artıq bütün səbəblər məlumdur. İndi elə etmək lazımdır ki, bu hal bir də təkrarlanmasın. Baş direktorun dediklərindən görünür ki , əsas səbəblər quraşdırılma prosesinin standartlara cavab verməməsi və MTN-nin həmin sisteminin alternativinin olmaması olub. Əlbəttə standartlar cavab verməyibsə onda bu yanğın, partlayış nə zamansa olmalıydı. Hələ şükür etmək lazımdır ki, bu hal Avropa Oyunları zamanı olmayıb. Yəqin ki onda həbs olunanların sayı indikindən 2 dəfə çox olardı. Osman Gündüz onu da bildirib ki, bu avadanlıqlara külli miqdarda vəsait ayrılsa da alternativlər olmayıb".

Osman Gündüz qeyd edib ki, bu cür ciddi layihə üçün bir neçə milyon vəsait ayrılıb. Amma Avropa Oyunları təşkili ilə bağlı milyonlarla vəsaitin ayrılmasından söhbət gedirdi. Onda belə qənaətə gəlmək olar ki, bəlkə də alternativlərin də olması üçün vəsaitlər ayrılıb. Amma alternativlər də yoxdur:

"Deməli, sadəcə vəsaitlərdən mənimsənilib. Əminəm ki, bu cür sistem standartlara uyğun olmayaraq qurulsa da, əgər alternativləri olsaydı, regionlardakı Data Mərkəzlərdə də belə sistemlər olsaydı onda hadisənin masştabı, bərpa prosesi belə uzun çəkməzdi. İstənilən halda bu, bizim üçün bir dərs oldu və gərək bundan dərs çıxaraq. Həmçinin də düşünürəm ki, MTN-in adıçəkilən sisteminin gələcək strukturu, onun söykəndiyi qanunvericilik bazası, ondan istiafdə mexanizmləri tamamilə yenidən işlənməlidir”.

Osman Gündüz sistemlərin təhlükəsizliyinin təmin olunması üçün monitorinqlərin təşkilinin vacibliyindən də danışıb:

"Biz də dəfələrlə qeyd etmişik ki, bu sistem digər operatorlarda provayderlərdə, BTRİB-də , Aztelekomda və hələ kim bilir daha haralarda da var. Bütün bunların təcili monitorinqinin keçirilməsi, təhlükəsizliyinin audit olunmasını vacib hesab edirəm. Eyni zamanda yeri gəlmişkən onu da bildirmək istəyirəm ki, artıq heç kimə sirr deyil ki, Whatsapp zənglərinə də məhz bu sistem vasitəsilə blok qoyulub və düşünürəm ki, bunun da aradan qaldırılması üçün ən qısa müddətdə zəruri addımlar atılacaq”.

 

 

 

 

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

Avropa Oyunları zamanı kiberhücumlara qarşı qorunma sistemi yaradılıb

30-05-2015

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Delta Telecom Türkmənistanla əməkdaşlığını genişləndirir

01-09-2015

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Delta Telecom data-mərkəzin yaradılması işini yekunlaşdırır

09-06-2009

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015

Avropa Oyunları ərəfəsində İnternet pulsuz olacaqmı?- Açıqlama

08-05-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə