Previous Next
Bağla

3-cü magistral provayderin gəlişi nələri dəyişəcək?-TƏHLİL

07-06-2023 15:52
3-cü magistral provayderin gəlişi nələri dəyişəcək?-TƏHLİL
Xaricdən internet trafiki daşıyaraq ölkəyə gətirən iki magistral (backbone) provayderimiz var, Delta Telekom və AzerTelecom. Hansı ki, digər 200 provayder interneti bu iki qurumdan alaraq bizlərə satırlar. Bir müddət öncə dövlət operatoru olan Aztelekom -un da magistral provayderə çevrilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Qurum bu istiqamətdə araşdırmalar apardığını bildirmişdi.
 
Əldə etdiyimiz son məlumatlar da onu göstəırir ki, 3-cü backbone provayder reallaşmaq üzrədir. 3-cü magistral provayder Azərbaycanın internet bazarında nələri dəyişəcək?
 
Ötən gün Baktelecom bildirib ki, 1 Gbit/s internet sürəti verməyə hazırdı.
Çox ciddi mesajdır. Güman ki, Baktelecom yaxın perspektivdə aldığı və satdığı trafikin həcmini xeyli qaldıracaq. Nəzərə alsaq ki, Baktelecom və Aztelekom ölkənin ən böyük provayderləridir, məsələnin ciddiliyi məlum olur. Hər iki operator ölkənin əsas internet təchizatçısı olan Delta Telekom -dan indiyədək təxminən 300 Gb-dən çox trafik alırdı. Bu isə Delta-nın xaricdən aldığı toplam tutumunun çox böyük hissəsini təşkil edir. Beləliklə, təxmini hesablamaqla müəyyən etmək olar ki, RİNN-nin hər iki operatoru hər ay aldıqları trafikə görə Delta-ya toplam 1-2 milyon manat ödəniş edirlər.
 
Eyni zamanda zaman-zaman bəzi provayderlər aldıqları trafikin beynəlxalq deyil, daxili trafik olduğunu vurğulayırlar və ödənişin buna uyğun hesablanmasını istəyirdilər. Düşünmək olar ki, 3-cü magistralın gəlişi həm də bununla bağlıdır.
Yəni, görünür ki, dövlət operatorları artıq bu tip böyük ödənişləri etməyi arzulamırlar. Nəzərə alsaq ki, dövlət şirkəti olan Azercell və RİNN-nin digər qurumları da Delta-dan xeyli trafik alır, şübhəsiz ki, yeni operatorun bazara daxil olması xeyli dəyişiklik yaradacaq. Bizim rəqəmsal bazar onsuzda çox kiçikdir.
RİNN operatorlarının Delta-dan ayrılması, güman ki, bu operatora təsirsiz ötüşməyəcək. Ölkənin ən qədim telekom operatoru olan Delta Telekom əvvəldən də artlq yerli bazardan daha çox qonşu ölkələrə, İrana və onun vasitəsilə Asiya istiqamətində trafik satdığını açıqlamışdı.
 
Düşünmək olar ki, Delta bu istiqamətdə, xarici bazarlara yönəlik biznesi daha da canlandırmağa çalışacaq. Bununla belə, mövcud geopolitik durumda, İranla bağlı sanksiyaları da nəzərə alsaq bu istiqamətdə də risklər qaçılmazdır. Yeri gəlmişkən, hökumətin, həmçinin yeni tənzimləyici qurumun, İKTA-nın da 3-cü magistral provayder məsələsində, onun bazarda yaradacaq yeni situasiyada, internet bazarında dövlətin xüsusi çəkisinin artması və rəqabətin azalacağı fonunda mövqeyi maraqlıdır. Xatırladıram ki, 3-cü magistral provayderin bazara daxil olması bir neçə il öncə təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapmış , lakin o zamanlar bunu reallaşdırmaq mümkün olmamışdır.
 
 
Osman Gündüz
Azərbaycan İnternet Forumunun Prezidenti

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycana daxil olan internet trafikin sürəti artıb

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012
Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015
Data Plus da Delta Telecom-dan ayrılıb?

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017
Ekspert:  Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var

Ekspert: Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var

14-01-2025
Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016
«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022
Delta Telekom “Uninet” şirkətinin məlumatını təkzib edib

Delta Telekom “Uninet” şirkətinin məlumatını təkzib edib

18-11-2009
Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015
Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020
Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010
"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

21-08-2025
Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024
Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə  qiymətləri 2  dəfə endirdi

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009
Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

21-08-2025
Delta Telecom mobil rabitə xidməti göstərəcək

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015
Delta Telecomda nə baş verir?

Delta Telecomda nə baş verir?

21-04-2020
 “Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016
CityNet artıq Delta Telecom-dan internet almır

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025
İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021
Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

12-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə