45 dollarlıq “Ağıllı saat”lar satışda

06-04-2015 / 17:25

Ingilis bazarında HANNspree SportWatch markası adı altında 45 dollar dəyərində geyilə bilən elektron cihaz təqdim edilib. Tamamilə sağlam həyat yaşamaq üçün nəzərdə tutulan cihaz smartfonlar, Android və IOS-la işləyir.

Xəbərlər İxbt.com-a istinadən məlumat verir ki, “Ağıllı saat” üçün əsas xüsusiyyət onun ARM Cortex-M0 prosessorlu NRF51822 həcmli mikrokontrellerlə işləməsidir. Cihaz gözləmə rejimi ilə 5-8 gün batareyasız işləyə bilir. Mobil cihazlara qoşulmaq üçün Interface Bluetooth 4.0 Ble-dan istifadə olunur.

“Ağıllı saat” addımların, məsafə və yandırılmış kalorinin hesablanması, habelə yuxu monitoru kimi xidmətlər göstərir. Onlar smartfonla qəbul edilmiş mesajların və zənglərin istifadəçiyə xəbərdar edilməsini təmin edir. Bundan əlavə cihaz zəngli saat funksiyasına da malikdir. Kəmər vasitəsilə geyilir. Qara və mavi rəngdə modelləri vardır.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə