Kiçik, orta, hətta böyük müəssisələr belə, xüsusilə maliyyə və insan resursları baxımından süni intellektin biznesə tətbiqi zamanı çətinliklərlə üzləşirlər.
Xeberler.az məlumat verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrəAvrasiya Forumu”nda panel müzakirəsi zamanı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Departament rəhbəri Əzizə Vidadi deyib.
O qeyd edib ki, bu problemlərin həlli üçün bir sıra yanaşmalar mövcuddur:
“Məsələn, dövlət-özəl tərəfdaşlığı, Coursera kimi proqramların istifadəsi, yaxud digər əməkdaşlıq modelləri. Biz həmçinin 2023-cü ildə StrategEast ilə IT Hub layihəsi üzrə əməkdaşlıq etmişdik və bu layihə çox uğurlu oldu. Hətta bəzi tələbələr işlə təmin olundu. Başqa bir həll yolu birgə infrastrukturun yaradılmasıdır.
Məsələn, hazırda İqtisadiyyat Nazirliyi superkompüter mərkəzinin yaradılması üzərində çalışır. Bu mərkəz kiçik və orta bizneslərin də istifadəsi üçün açıq olacaq.
Ə.Vidadi bildirib ki, superkompüter 1.3 petaflops hesablama gücünə malik yüksək performanslı hesablama imkanları deməkdir:
“Biz belə bir mərkəz yaradacağıq ki, burada dövlət qurumları, özəl sektor və universitetlər gəlib araşdırma apara, ideiyalarını və layihələrini inkişaf etdirə bilsinlər. Hazırda biz ekosistemin ehtiyaclarını toplayırıq”.
“Başqa bir dəstək mexanizmi stimullaşdırıcı tədbirlər, məsələn vergi güzəştləri, həmçinin hökumət tərəfindən maliyyə dəstəyi ola bilər”, - deyə o əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları