ABŞ “SpaceX” ilə müqavilələrinin əksəriyyətini qüvvədə saxlayacaq

20-07-2025 / 10:53

ABŞ prezidenti Donald Tramp administrasiyası iş adamı İlon Maska məxsus “SpaceX” şirkəti ilə bağlanan dövlət müqavilələrinə baxıb və belə nəticəyə gəlib ki, müqavilələr Pentaqon və NASA üçün həddindən artıq əhəmiyyət kəsb etdiyinə görə onların əksəriyyətindən imtina etmək mümkün deyil.

Xeberler.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Yoxlamalar dövlət xidmətini tərk edən Maskın iyunun 5-də sosial şəbəkələr vasitəsilə Trampla səs-küylü ictimai qarşıdurmasından bir neçə gün sonra başlayıb. Əsas məqsəd “SpaceX” ilə çox milyardlıq müqavilələr bağlayarkən vəsaitlərin səmərəsiz xərclənməsi hallarını müəyyən etmək olub.

Bundan əlavə, ABŞ administrasiyası “SpaceX” ilə rəqabət aparan şirkətlərin eyni vəzifələri daha effektiv yerinə yetirə biləcəyini anlamaq istəyib.

Təhlillərin nəticələrinə əsasən rəsmilər belə qənaətə gəliblər ki, “SpaceX” raket buraxılışı və peyk internet xidmətlərinin göstərilməsi sahəsində əsas şirkətlərdən biridir. Şirkətlə müqavilələr Müdafiə Nazirliyinin və NASA-nın fəaliyyəti üçün zəruri hesab edilib.

Bununla belə, hakimiyyət orqanları gələcəkdə bəzi dövlət müqavilələrini daha ətraflı öyrənməyi planlaşdırır.

“The Wall Street Journal” qeyd edir ki, təkcə bu ilin aprelində Pentaqon milli təhlükəsizlik maraqlarına uyğun olaraq “SpaceX” ilə kosmosa 5,9 milyard dollarlıq müqavilə imzalayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə