“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

20-02-2025 / 16:26

“Aztelekom” MMC cəmiyyətin informasiyalara çıxışını asanlaşdırmaq və rəqəmsal
 resurslardan istifadə imkanlarını genişləndirmək məqsədilə növbəti sosial məsuliyyət layihəsini həyata keçirib.

Xeberler.az bildirir ki, layihə çərçivəsində Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” genişzolaqlı internet xidməti ilə təmin edilib.

2016-cı ildən ictimaiyyətin istifadəsinə açıq olan “Açıq kitabxana” ziyarətçilərə həm fiziki, həm də rəqəmsal resurslardan yararlanmaq imkanı təqdim edir. “Aztelekom” MMC-nin təqdim etdiyi sürətli internet sayəsində oxucular beynəlxalq onlayn kitabxanalara, elmi mənbələrə daha rahat və sürətli çıxış imkanı əldə edirlər.

“Aztelekom” MMC sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin inkişafına yönəlmiş layihələrdə iştirak edərək ölkənin rəqəmsal transformasiyasına öz töhfəsini verməyə davam edəcək.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə