“Aztelekom” YAŞA mərkəzlərini telekommunikasiya ilə təmin edib

18-02-2026 / 10:02

“Aztelekom” MMC korporativ sosial məsuliyyət təşəbbüsləri çərçivəsində yaşlı nəslin sosial rifahının və rəqəmsal imkanlara çıxışının artırılmasına yönəlmiş layihələrə dəstəyini davam etdirir.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, bu istiqamətdə “Üçüncü Bahar” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən YAŞA mərkəzləri ilə əməkdaşlıq çərçivəsində bir sıra texniki və infrastruktur dəstəyi həyata keçirilib.

Görülən işlər nəticəsində İçərişəhər, Bakıxanov və Mingəçevir YAŞA mərkəzləri müasir telekommunikasiya avadanlıqları ilə tam təchiz olunub, mərkəzlərdə yüksəkkeyfiyyətli internet infrastrukturu qurulub və rəqəmsal xidmətlərə çıxış imkanları genişləndirilib.

Qeyd olunur ki, həyata keçirilən təşəbbüslər YAŞA mərkəzlərindən faydalanan yaşlı vətəndaşların rəqəmsal savadlılığının və sosial aktivliyinin artırılmasına, eləcə də asudə vaxtlarının daha səmərəli təşkilinə əlavə imkanlar yaradır.

“Aztelekom” MMC gələcəkdə də cəmiyyətin müxtəlif qruplarını əhatə edən sosial yönümlü layihələrə töhfə verməyi və rəqəmsal inklüzivliyin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri davam etdirməyi planlaşdırır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə