“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023 / 09:21

“Ötən günlər Bakı-Qəbələ dəmir yol xəttinin istifadəyə verildiyini açıqladılar. Bir xeyli investisiya yatırılıb bu layihəyə, böyük layihədir.Bu dövlət layihəsinin məqsədinin əsasən bölgədə turizmin inkişafına dəstək vermək olduğu bildirilib”.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahə üzrə ekspert Osman Gündüz bildirib.

 

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni rəhbəri Rövşən Rüstəmovun bu cür böyük layihəni reallaşdırması təqdirəlayiqdir: “Amma, dərhal da qeyd etmək istərdim ki, bu layihədə səmərəlilik və effektivlik baxımından, bu xəttin işlək bir marşruta çevrilmək baxımından da ciddi riskləri var. Bu, başqa bir müzakirə mövzusudur”.

O.Gündüz bildirib ki, bu açıqlamalarda diqqət çəkən məqam ondan ibarət oldu ki, cəmiyyəti narahat edən digər problemlərə, uzun müddətdir ki, qapadılan daxili dəmiryol marşrutlarının taleyinə aydınlıq gətirilmədi: “Məlim olduğu kimi 4 ildir ki, Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama  və s. istiqamətlərdə qatarlar işləmir. ADY rəhbərliyi hələlik bununla bağlı, nə zaman bu reyslərin işə düşəcəyi ilə bağlı açıqlamalar verməyib. Təbii ki, bunlar da ciddi investisiya tələb edən layihələrdi. Həm dəmir yol xətlərinin və stansiyaların bərpası, həm də yeni qatarlar üçün ADY-yə vəsait lazımdır. Gözlənilirdi ki, yeni rəhbərlik  Prezidentin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına dəyişikliklər edilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanının icrasına çalışacaq və hökumətdən subsidiya alacaq. Hələlik bunlarla bağlı da açıqlamalar yoxdur”.

Ekspertin fikrincə, güman etmək olar ki, ADY indiki məqamda hansısa bir istiqamətdən qatarı çıxarıb digərinə calayır, gah da yük qatarlarının lokomativini sərnişin qatarlarına calayır: “Əlbəttə, bu metodla uzağa getmək olmayacaq. ADY ciddi investisiyalar cəlb etməli, hökumətdən Prezident fərmanında göstərilən pulu tələb etməlidir, yaxud da özəlləşdirmıyə getməlidir, xarici şirkətlər cəlb etməlidir. Ümid edək, bu ilin sonuna, heç olmasa gələn ilin əvvəli qeyd olunan daxili xətlərdə də qatarlar hərəkətə başlayacaq”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə