Previous Next
Bağla

Rusiyada hərbçilərə telefon qadağası - informasiya sızıntısını necə önləməli?

21-02-2019 17:25
Rusiyada hərbçilərə telefon qadağası - informasiya sızıntısını necə önləməli?

Rusiyan Dövlət Duması sonuncu - üçüncü oxunuşda hərbçilər və zabitlərə məlumatları qeydiyyata almaq və yaddaşda saxlamaq, habelə internetə qoşulmaq üçün telefon və digər vasitələrdən istifadəni qadağan edən qanun qəbul edib. Ancaq sadə düyməli fotokamerası olmayan telefonlar qadağan olunmayacaq.

Qanunla hərbçilərə internetdə jurnalistlərə hərbi xidmət barədə, sabiq iş yoldaşları və onların qohumları barədə məlumat vermək yasaqlanır. Hüquq müdafiəçilərinin fikrincə isə əsgərlərə təsir göstərəcək qanun Rusiya ordusundakı “dedovşina” hallarının artmasına səbəb ola bilər.

Qeyd edək ki, belə bir qanunun qəbul edilməsi təsadüfi deyil. Belə ki, sosial şəbəkələr sayəsində jurnalistlər, müstəntiqlər və mütəxəssislər Ukraynada 2014-cü ildə Rusiya qoşunlarının və 2015-ci ildən isə Suriyadakı iştirakının birbaşa və ya dolayı yolla təsdiqlənməsinə nail ola biliblər. Sosial şəbəkələrdə fotoşəkillər, Suriyada Rusiyanın əməliyyatının 2015-ci ilin sentyabr ayında tammiqyaslı hazırlanmasına dair əməliyyatların başlamasından bir neçə həftə əvvəl danışmağa imkan verib. Kremlə tabe qüvvələrin məxfi missiyalar zamanı sosial mediada məlumat paylaşması Rusiyanın təbliğat və dezinformasiya səylərini əngəlləyib.

Sosial şəbəkələrdən gələn məlumatlar araşdırmaçı jurnalistlərə 2014-cü ildə Malayziyaya məxsus “Boeing” sərnişin təyyarəsini Donbas üzərində vuran “Buk” kompleksinin rus mənşəyini, eləcə də Rusiyanın Suriyadakı dinc obyektlərini bombardmanlarının faktlarını təsdiqləməyə kömək edib. Həmçinin Rusiyanın tarixində ən böyük hərbi təlimlər başladıqdan sonra sosial şəbəkələrdə “Vostok-2018"-in əsgərlər və hərbi texnika ilə görülə bilən postları yaranıb.

Onu da bildirək ki, Azərbaycanda da bunabənzər qərarlar vaxtilə qəbul olunub. Belə ki, 2014-cü ildən etibarən Milli Məclisə smartfon və android tipli telefonla giriş qadağandır. Bu cür qərarların kənara informasiyaların ötürülməsinin və ya sızmasının qarşısını almaq üçün yetərli olub-olmadığı yönündə müxtəlif fikirlər səslənir.

Xeberler.az  məlumat verir ki, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün bildirdiyinə görə, hər bir dövlət öz məlumatlarını imkan daxilində qorumağa çalışır: 

“Dövlətlər informasiyaların kənara sızmasının qarşısını hər zaman almağa çalışır. Xüsusilə hərbi və dövlət əhəmiyyətli məlumatlar daha çox qorunur. İstənilən hökumətdə informasiya təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə dünya qloballaşdıqca, ağıllı avadanlıqlar, smartfonlar çoxaldıqca, mobil avadanlıqlar artdıqca bu məsələ daha da aktuallaşır. Düyməli və ağıllı telefonların fərqi odur ki, xeyli üstünlükləri var. Yəni bura kənardan müdaxilələr mümkündür. Hədsiz dərəcədə böyük imkanları var. Səs yazmaq, müşahidə aparmaq kimi imkanlar da var. Hətta onun elə imkanları ola bilər ki, ondan dinləyici qurğu kimi də istifadə etmək olar. Bu baxımdan bəzi dövlətlərdə dövlət qurumlarında, hərbi obyektlərdə bu cür avadanlıqlardan istifadə qadağan olunur. Hansı ki, orada dövlət sirləri var. Elə dövlətlər də var ki, bu cür məlumatlar xüsusi əhəmiyyət kəsb etmirsə, qorunan məlumatlar yoxdursa, buna yasaq qoymaq indiki zamanda doğru deyil. Dünya hazırda çox inkişaf edib. İnkişaf davamlıdır. Səhəri gün ətrafımızda olan əşyalar da internetə qoşulacaq. Burada elə etmək lazımdır ki, qorunan informasiyaları açıq informasiyalardan ayırmaq daha doğru olsun. Məsələn, smartfonun qarşısını alacaqsan, binada nəyisə qoruyacaqsan, bu real görünmür. Çünki inkişaf ona doğru gedir ki, hansısa binanın daxilində nəyisə qorumaq mümkünsüz görünür. Başqa variantlar üzərində düşünmək daha doğru olar”.

O.Gündüz fikirlərinə bu cür davam etdi: 

“Məlumat və ya informasiya daşıyıcısı fərddir. İnsan amili burada daha çox rol oynayır. İnformasiya daşıyıcısı olan şəxslə bağlı problem varsa, unutmaq olmaz ki, o, başqa yollarla olsa da, məlumatı ötürəcək. Ona görə də bu tipli insanlarla aparılan işi gücləndirmək daha doğru olardı. Onlara qarşı daha sərt tələblər müəyyən etmək mümkünsüz deyil. Onların seçim prosesini də sərtləşdirmək mümkündür. Orada hansısa işləri gücləndirmək olar, nəinki texnologiyalarla, avadanlıqlarla bağlı proseduranı. İstənilən halda bunlar problemin tam həlli deyil. Müasir dünyanın çağırışları onu göstərir ki, hansısa smartfonun qarşısını alacam, yaxud bu yolla hansısa dövlət qurumundan məlumatların alınmasının qarşısını alacam, bu, problemin həlli deyil. Daxildə olan informasiyaların qorunmasını, kadrlara, informasiya daşıyıcılarına qarşı olan qanunvericiliyi, seçimi daha da sərtləşdirmək kimi yollar daha effektiv görünür. Adətən rəsmi qurumların özlərinin nəzarət imkanları tükənəndə onlar üçün münbit şərait yaranır. Əgər rəsmi nəzarət imkanları gerçəkləşdirə bilmirsə, bu qaçılmazdır ki, qeyri-rəsmilər üzə çıxacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Deputatlar və jurnalistlər təcili köhnə tip yazı makinası əldə etsinlər"

10-01-2014

Cinayət məsuliyyəti icazəsiz çəkilişin qarşısını alacaq? – Ekspertdən açıqlama

05-11-2020

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018

İnformasiya müharibəsini kim aparmalıdır?

04-04-2016

Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

06-03-2019

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

10-02-2020

Facebook məlumatları ötürəcək: qarşısını almaq olarmı?

10-12-2014

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

09-03-2010

Erməni trollar sosial şəbəkələrin Azərbaycan seqmentində

05-10-2018

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015

Nazir beynəlxalq hakerlər qrupu Azərbaycanın dövlət qurumlarına, xüsusilə də RİTN-ə məxsus məlumatları ələ keçirilməsinə aydınlıq gətirib

06-05-2013

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018

“Limitin 1000 dollardan 150 dollara qədər endirilməsində maraqlı qüvvələr var”

07-02-2015

Azərişıq sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

12-09-2018

Azərişıq rəsmi açıqlama verdi

13-08-2018

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022

Bu telefonları dinləmək mümkün deyil? – Ekspert

19-09-2020

Dron istifadə etmək olarmı? – Açıqlama

04-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə