Ağıllı termometr satışa çıxarılıb-Video

21-07-2016 / 12:42

Fransanın Withings şirkəti tərəfindən hazırlanmış Thermo adlı kontaktsız elektron termometr satışa çıxarılıb.

Temperaturun təyin edilməsi üçün qurğunu alın boyunca aparmaq kifayətdir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, qurğu ən yüksək temperatur nöqtəsini müəyyənləşdirmək üçün gicgah arteriyasını skan edən və 4 mindən çox ölçmə aparan 16 infraqırmızı sensor ilə təchiz edilib.

Ağıllı termometr yaş, simptom və temperaturun dəyişməsi əsasında xəstəliyin müalicəsi üçün məsləhətlər verən mobil proqramla sinxronlaşdırılıb. Boston Uşaq Xəstəxanasının əməkdaşları proqrama dərmanlar və onların miqdarı barədə informasiya əlavə ediblər.

Səthi gicgah arteriyasının temperaturunu təyin edən termometrlər ölçmə dəqiqliyinə görə rektal və qulaq termometrləri ilə müqayisə edilə bilər.

Thermo həm oyaq, həm də yatmış insanın temperaturunu ölçməyə imkan verir. O, 8 şəxsin temperaturunun ölçülmə tarixçəsini izləyir. İstehsalçılar bildiriblər ki, qurğu temperaturun ölçülməsi üçün ən gigiyenik üsuldur.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə