Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CİBC) birinci “Brand Award Azerbaijan” mükafatlarının təqdimatını keçirib.
“APA-ECONOMICS”in məlumatına görə, tədbirdə Azərbaycanda və regionda fəaliyyət göstərən bir sıra şirkətlərin, həmçinin hökumət qurumlarının nümayəndələri təmsil olunublar.
Təqdimat mərasimində çıxış edən CİBC-in prezidenti Telman Əliyev bildirib ki, rəhbərlik etdiyi qurumda 500-dək yerli və xarici şirkət təmsil olunur. On il əvvəl yaradılmış CİBC regionun ən böyük işgüzar klublarındandır: “”Brand Award Azerbaijan” mükafatı ilə bağlı şirkətlərin seçimi sorğusuna ötən ilin may ayında başladıq. Sorğu şirkətlər tərəfindən maraqla qarşılandı və hesab edirəm ki, növbəti illərdə bu sorğuya qatılan şirkətlərin sayı artacaq».
Daha sonra sorğuda qalib gəlmiş şirkətlərə mükafatlar təqdim olunub. APA informasiya agentliyi “İlin informasiya portalı” nominasiyası üzrə keçirdiyi sorğunun qalibi elan edilib və “Brand Award Azerbaijan” mükafatına layiq görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri