Hər bir İT mütəxəssisin arzusu dünyada tanınan, öz xidmətləri ilə seçilən şirkətdə işləməkdir. Belə ki, İT mütəxəssislər bu şirkətlərdə təcrübə qazanaraq, özlərini inkişaf etdirməyə çalışır.
Xeberler.az olaraq bunları nəzərə alıb, zaman-zaman İT şirkətlərin işə qəbul məsələsi ilə bağlı araşdırmalar yayımlayırıq.
Dünyanın İT nəhəngləri sayılan şirkətlərin isə işə qəbul məsələsi ilə bağlı maraqlı qaydaları, şərtləri var.
Bazar dəyəri 815 milyard dollar olan dünyanın ən dəyərli markası Apple da həmin şirkətlərdəndir.
Apple-ın maraqlı iş təklifi metodu var. Belə ki, Apple İT mütəxəssis axtaranda şirkətin veb səhifəsində gizli bir iş elanı yerləşdirir. Bu gizli elanı tapan İT mütəxəssisə şirkət iş təklifi edir.
Apple-ın gizli elanını necə tapmaq olar?
Bu aralar Apple bacarıqlı İT mütəxəssislər axtarışındadır. Yəni, hazırda bu mövzu şirkət üçün ən aktual məsələdir desək, yanılmarıq. Son vaxtlar şirkətin gizli iş elanı ilə bağlı xarici mediada da müzakirələrin getdiyini nəzərə alaraq bu məsələ ilə bağlı oxuculara ətraflı məlumat vermək qərarına gəldik.
ZDNet-in redaktorlarından Zach Whittaker Twitter hesabından paylaşdığı screen-də gizli iş elanının us-west-1.blobstore.apple.com saytında olduğunu qeyd edib.
Gizli iş yerində texnologiya nəhənginin namizədlərdən gözlədiyi əsas bacarıqlar və iş barədə ətraflı məlumat var.
Redaktor qeyd edir ki, tələb edilən məlumatları qeyd edən şəxsin çox əhəmiyyətli bir rolu olacağını vurğulayan şirkət namizədlərdən Java 8 proqramlaşdırma, müasir server texnologiyaları və paylanmış sistemlərlə qlobal layihələrin yaradılması üzrə bilik və təcrübə sahibi olmalarını tələb edir. Namizədlərin texnologiya ilə bağlı bir fakültədən məzun olması və ya bu sahədə təcrübəsi olması axtarılan özəlliklər arasındadır.
Bununla yanaşı, mütəxəssislərdən milyonlarla disk, on minlərlə server və Exabyte-lar həcmində məlumatları idarə edə biləcək bir infrastrukturun yaradılması üzərində işləyə bilməsi də tələb edilir.
Gizli iş elanında mühəndislərin CV-lərini göndərməsi üçün elektron poçt ünvanı da var. Məlumata görə, namizədlər [email protected] ünvanına bir e-poçt göndərərək müraciət edə bilər.
Bu yaxında Varşavada Luxoft sirkətində Big Data mühəndisi işləyən həmyerlimiz Ramin Orucov da məsələ ilə bağlı öz Facebook profilində paylaşım edib. Belə ki, İT mütəxəssisimiz də Apple-ın bu gizli iş elanını kəşf edib.
Ramin Orucov Xeberler.az-a bildirib ki, Apple-in rəqibi Google şirkətinin də buna bənzər taktikası var. Belə ki, bu kimi şirkətlər axtarış nəticələri içərisində gizli bir mesaj qoyur, onu tapıb davam edənə alqoritmik məsələlər verir, həll edəni isə rəsmi müsahibəyə dəvət edirlər.
İT mütəxəssis gizli iş elanını tapması barədə ətraflı məlumat verib:
“Kompüterdə işlədiyim zaman hiss elədim ki, hansısa proses aktiv olaraq CPU-nu istifadə etməyə başladı, fanın səsi artdı. Səbəbkar isə “nsurlsessiond” adlı bir proses idi. Bu prosesin istifadə etdiyi resurslara baxanda http://17.132.19.54/ adresinə müraciət gördüm. Brauzerdə bu ünvanı açanda iş təklifi ilə qarşılaşdım. Deməli, Apple şirkəti bu üsul ilə özünə "Software Engineer, Distributed Systems" vakansiyası üzrə işçi axtarır, Apple saytındakı rəsmi iş elanı burada yerləşdirilib”.
İT mütəxəssis deyir ki, iş elanın mətnində Apple onların gizli iş elanını tapdığını qeyd edib. Şirkətin hazırda bacarıqlı mütəxəssis axtarışında olduğu da mesajda yer alıb. Elandakı açar sözlərdə axtarış etdikdə bu keçiddəki vakansiya ilə eyni olduğu məlum olur.
Belə ki, mesajda şirkətdə İT mütəxəssis işləmək üçün tələb edilən vəzifənin ciddiliyi barədə ətraflı məlumat yer alıb. Həmçinin, namizəddən tələb edilən bilik və bacarıqlar da qeyd edilib. İş elanın mətni isə aşağıdakı kimidir:
Hey there! You found us. We are looking for a talented engineer to develop a critical infrastructure
component that is to be a key part of the Apple ecosystem.
# How critical?
Data Capacity : Exabytes
Servers : Tens of thousands
Disks : Millions
# Key Qualifications
* Experience designing, implementing, and supporting highly scalable applications and web services
* Comfortable working with Java 8 (e.g., completable futures, distributed synchronization, etc.)
* Familiarity with modern server technologies (e.g., netty, non-blocking IO, distributed storage, etc.)
* Familiarity with distributed system ideas (e.g, distributed consensus, replication, concurrency, etc.)
* Strong attention to detail
* Excellent analytical capabilities
* Passion for development
* BS or MS in Computer Science or equivalent industry experience
# Description
* Do you love designing & architecting highly scalable, distributed web services?
* Would you want to work on Exabytes of data, tens of thousands of servers, and millions of hard drives?
* Did you ever wonder if Long.MAX_VALUE was big enough?
* Do you care about state-of-the-art distributed systems?
* Do you want all the advantages of a small team with the resources of a large company?
* Would you like to work in a fast-paced group?
* Do you want to work in one of the world's largest data processing environments?
If you answered yes to some of the questions above, then we need you!
Get in touch by sending us your resume to blob-recruiting [at] group.apple.com
Demək olar ki, bu, ZDNet-in redaktorunun qarşılaşdığı iş elanı olub.
Sonda şirkət qeyd edib ki, əgər iş elanındakı suallara müsbət cavab verirsinizsə, o zaman sizə ehtiyacımız var deməkdir. Şirkət namizədə öz CV-sini [email protected] ünvanından göndərməsini təklif edib.
Ramin Orucov bu barədə avqustun 6-da paylaşım edib. Zach Whittaker isə bu barədə avqustun 18-də məlumat yayımlayıb. Yəni, İT mütəxəssisimiz iş elanını daha tez kəşf etsə də, həmin vakansiyaya müraciət etməyib.
Apple adətən işçilərini maraqlı yollarla tapmaq istəyir. Bu iş elanı da həmin üsullardan biridir. Gizli iş elanı tapmaq kifayət deyil, eyni zamanda, burada soruşulan suallara “bəli” cavab verə bilirsinizsə, Apple ilə işləmək imkanı qazanmış olursunuz.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri