“Apple Watch” modellərində yeni funksiya tətbiq ediləcək

15-04-2022 / 20:13

Bloomberg saytının nüfuzlu jurnalisti Mark Gurman-ın verdiyi məlumata əsasən “Apple” şirkəti “Apple Watch” smart saatlarında çoxdan gözlənilən funksiyanı reallaşdırmağa hazırlaşır.

Xeberler.az bildirir ki, söhbət qan təzyiqinin ölçülməsi funksiyasından gedir. Jurnalist qeyd edib ki, sözügedən funksiya “Apple Watch” modellərində 2024-ci ildə reallaşdırılacaq. Şirkətin bu funksiyanı daha tez reallaşdıra bilməməsinin səbəbi isə “Apple” şirkətinin bu məsələ ilə bağlı daimi şəkildə problemlərlə qarşılaşmasıdır. Bundan əlavə, gələcək “Apple Watch” modellərində qandakı şəkərin və bədən temperaturunun ölçülməsi funksiyaları da reallaşdırılacaq.

“Apple” artıq 4 ildir ki, öz smart saatlarında qan təzyiqinin ölçülməsi funksiyasını reallaşdırmağa çalışır. Lakin bunu lazımi səviyyədə reallaşdırmaq heç də asan məsələ deyil. Məlumata əsasən ən yaxşı halda “Apple Watch” modelləri bu funksiyanı 2024-cü ildə əldə edəcəklər. Lakin funksiyanın reallaşdırılması 2025-ci ilə kimi uzana bilər. Güman olunur ki, istifadəçi sözügedən funksiyanın istifadəsi zamanı rəqəmlərdən ibarət hansısa göstəriciləri əldə etməyəcək. Bunun yerinə smart saat istifadəçiyə ənənəvi tonometrdən (qan təzyiqin ölçülməsi üçün cihaz) istifadə etməyi və həkim konsultasiyasını almağı məsləhət görəcək. Məlumatda qeyd edilib ki, sözügedən funksiyaya sahib Apple Watch prototipləri artıq şirkət əməkdaşları üzərində test edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə