Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumunda iştirak edib.
Xeberler.az bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, C. Salmanov iştirakçı dövlətlərin nazirlərinin qatıldığı dəyirmi masa müzakirələrində ölkəmizin dövlət xidmətləri sahəsindəki uğurları və “ASAN xidmət” modeli barədə ətraflı məlumat verib.
Ölkəmizdə dövlət xidmətlərində tətbiq edilən innovasiyalar, “ASAN xidmət”in inkişaf yolu, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının önəmi və fərqli texnoloji həllər beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi Forum iştirakçılarının diqqətinə çatdırılıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Bosniya və Herseqovina, Solomon Adaları, Cibuti, Mali və Namibiyanın müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında görüşlər keçirilib, mümkün əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə dair geniş müzakirələr aparılıb.
Bununla yanaşı, “Yeni nəsil dövlət xidmətləri: vətəndaşyönümlü yeniliklər, texnologiyalar və həllər”, eləcə də, “2030-cu ilə 5 il: dayanıqlı gələcək üçün dövlət xidmətlərinin sürətləndirilməsi” adlı vorkşoplarda ölkəmizin və “ASAN xidmət” brendinin uğurları iştirakçıların nəzərinə çatdırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları