Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırıb

25-08-2025 / 08:51

Minimum idxal rüsumlarının güzəştli rejiminin sona çatması ilə bağlı qeyri-müəyyənlik səbəbindən Avropa poçt xidmətləri ABŞ-a bağlamaların göndərilməsini dayandırmağa və ya tamamilə ləğv etməyə başlayıb.

Xeberler.az bildirir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əvvəllər gömrük dəyəri 800 dollara qədər olan malların rüsumsuz idxalını nəzərdə tutan rüsumsuz rejimi dayandırıb.

Ağ Evin qərarına əsasən, avqustun 29-dan etibarən artan tariflərin tətbiq olunduğu bütün ölkələrdən gələn xarici bağlamalardan rüsumlar tutulacaq.

“Avropanın bir sıra poçt agentlikləri güzəştli rüsumun bu həftə başa çatması ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək ABŞ-a göndərişləri dayandırmağa və ya tamamilə ləğv etməyə başlayıb”, - portal yazır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə