“Azadlıq” Radiosu və “Turan” informasiya agentliyinin müxbiri “Rafto” mükafatına layiq görülüb

25-09-2009 / 21:11

“Azadlıq” Radiosu və “Turan” informasiya agentliyinin Naxçıvandakı müxbiri Məlahət Nəsibova dünyada insan haqları sahəsində ən nüfuzlu mükafatlarından biri olan “Rafto” mükafatına layiq görülüb.

“Mən hələ də şokdayam, qulaqlarıma inanmıram, sevincimin həddi-hüdudu yoxdur. Mənə bu barədə məlumat verildikdə elə bildim zarafatdır. Amma internetdə Norveç mətbuatı ilə maraqlananda xəbərin düz olduğunu gördüm. Bu o deməkdir ki, dünyanın ən ucqar yerlərində olsa belə, demokratiya, insan hüquqları, haqq və ədalət  uğrunda mübarizə diqqətdən yayınmır. Nə qədər çətin şəraitdə işləsək də bu mənim gələcək fəaliyyətimi də stimullaşdırır”, - deyə M. Nəsibova RATİ-nin əməkdaşı ilə söhbətində bildirib.

Qeyd edək ki, “Rafto” mükafatı ildə bir dəfə dünyada fundamental insan haqları, azad iradə, siyasi azadlıqlar və azad sahibkarlıq uğrunda mübarizə aparan bir nəfərə verilir. Professor Topolf Raftonun xatirəsinə təsis edilmiş  mükafat Norveçin Berqen şəhərində  “Rafto” fondu tərəfindən laureatlara təqdim edilir. //www.irfs.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə