Previous Next
Bağla

AZANS “Airspace World 2025” sərgisindəki yekunlarını elan edib

20-05-2025 15:58
AZANS “Airspace World 2025” sərgisindəki yekunlarını elan edib

AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi CANSO-nun “Airspace World 2025” sərgisində iştirak edib.

Xeberler.az məlumat verir ki, AZANS-ın bu tədbirdə iştirakı Azərbaycanın qlobal aeronaviqasiya sahəsində mövqeyinin möhkəmlənməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə və hava hərəkətinin idarə olunması sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verib.

Sərgi 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilib və hava məkanının idarə olunmasının gələcək inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə qlobal aviasiya sənayesinin liderlərini, innovasiya mütəxəssislərini və qərarverici şəxsləri bir araya gətirən dünyanın aparıcı tədbirlərindən biridir.

Tədbirdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası diqqət mərkəzində olub. Sərgidə 200 şirkət, 110-dan çox ölkəni təmsil edən nümayəndələr və 10 000-dən artıq beynəlxalq ziyarətçi iştirak edib.

“Airspace World 2025”də AZANS öz stendində Azərbaycanın hava məkanının Şərqlə Qərb arasında təhlükəsiz, səmərəli və getdikcə daha əhəmiyyətli nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətini vurğulayıb. Həmçinin AZANS modernləşdirmə proqramları, ekoloji layihələr və regionda, eləcə də qlobal səviyyədə əlaqələndirmə imkanlarının inkişafı ilə bağlı planlarını bölüşüb.

Üç gün ərzində AZANS bir sıra beynəlxalq aeronaviqasiya xidməti təminatçıları ilə yüksəksəviyyəli görüşlər keçirib. Bu görüşlərə Böyük Britaniyanın NATS şirkəti, Almaniyanın “DFS Deutsche Flugsicherung”, Birləşmiş Ərəb Əmirliklərinin GCAA qurumu, həmçinin CANSO-nun (Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri və “ACI World” (“Airports Council International”) qatılıb. Danışıqlar zamanı AZANS-ın beynəlxalq əməkdaşlıq və bilik mübadiləsinə sadiqliyi bir daha nümayiş etdirilib.

Sərgi çərçivəsində diqqətçəkən mühüm məqamlardan biri hava hərəkətinin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq mükafat hesab olunan “ATM Awards 2024” nominasiyasında AZANS-ın “Collaboration and Community” kateqoriyası üzrə yüksək nəticə əldə etməsi olub. AZANS bu mükafatı “Green Aviation Insights” (GAIN) layihəsi çərçivəsində qazanıb. Layihə Böyük Britaniyanın NATS, Azərbaycanın AZANS, Malayziyanın CAAM və Belçikanın "skeyes" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir və bu kateqoriyada ən yaxşı təşəbbüslərdən biri olaraq seçilib.

Bundan əlavə, AZANS INDRA, “Aireon”, ADB SAFEGATE, SITA, “Searidge Technologies”, UFA, “NG Aviation” və ERA kimi aparıcı qlobal texnologiya şirkətləri ilə görüşlər keçirərək müasir müşahidə, rabitə və rəqəmsal sistemlərin inteqrasiyası mövzusunda fikir mübadiləsi aparıb. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

12-03-2019

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

24-08-2023

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023

Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

07-02-2025

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

05-09-2025

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024

AZAL-ın təyyarələrində internetə çıxış olacaq

19-11-2025

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025

“Azərkosmos” mükafata layiq görülüb

15-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə