“Azərbaycan dilində İKT terminlərinin yaradılması prosesində dilçilərin iştirakı zəruridir”

26-11-2009 / 18:47

Azərbaycan dilində İKT ilə əlaqəli yeni sözlər əmələ gəlib və bu sözlüklərin də böyük əksəriyyətinin orfoqrafiyada öz əksini tapmayıb.

Xeberler.az APA-ya istinadən bildirir ki, bu barədə məlumat verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkədə İKT-nin inkişaf tempi və informasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu sahədə Azərbaycan dilindən effektiv istifadə uzlaşmır.

Yerli ekspertlərin rəyinə görə, Azərbaycanda İKT sahəsində Azərbaycan dilinin istifadəsi ilə bağlı problemlər mövcuddur. Ölkədə bu prosesin daha səmərəli və effektiv qurulması, İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsi zəruridir.

Eyni zamanda ekspertlərin fikrincə, Azərbaycanda İKT terminləri üzrə vahid standartların, Azərbaycan dilinə aid İnternet resursların yaradılması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, yerli ekspertlər Azərbaycan dilindən istifadə ilə bağlı internetdə xüsusi portalın, həmçinin dil üzrə onlayn “Təcili yardım” xidmətinin yaradılması və həmçinin yeni lüğətlərin yaradılması ilə yanaşı, mövcud lüğətlərin elektron formaya keçirilməsi təklifini irəli sürüblər. AİF-in “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda keçirdiyi dəyirmi masada da bu problemlə bağlı ictimai müzakirələrin xeyli faydalı olduğu, Dilçilik İnstitutu tərəfindən bu sahədə xeyli görüləcək işlərin olduğu və prosesdə birbaşa RİTN-in müvafiq şöbələrinin aktiv iştirakının vacibliyi vurğulanıb.

 

Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə